Növbədə hansı icra başçısıdır?
Ölkənin icra strukturlarında baş verənlərlə bağlı mütəmadi şəkildə məlumatlar səsləndirilir. Paralel.az bu dəfə Süleyman Mikayılovla bağlı materialı diqqətə çatdırır.
Hələ keçən günlərdə DİA.AZ məlumatlı mənbənin Qaradağ RİH başçısı ilə bağlı iddialarını təqdim etmişdi. Qeyd edilmişdi ki, buna qədər Bakı Baş Gömrük İdarəsinin və daha bir neçə rayonun icra başçısı postunu tutan Süleyman Mikayılovın əslində, çox böyük siyasi gedişləri var. Mənbənin dia.az-a söylədikləri: “Süleyman Mikayılov hansı addımı necə atacağını yaxşı bilir. Ona görə də Bakının burnunun ucunda olsa belə əsas hədəf olmaqdan yayına bilib. Hazrıkı paytaxt hakimiyyəti ilə də müəyyən dil tapmağa nail olub. Amma hər şey orada həll olunmur və bunu yaxşı anlayan Süleyman Mikayılovun özü də bu gün vəzifədən alınacağı, hətta həbs olunacağı günü səbirsizliklə gözləyir”.
Son informasiyalardan isə aydın olur ki, yaxın günlərdə iki rayonun icra başçıları - Qaradağ RİH rəhbəri Süleyman Mikayılov və Füzuli RİH rəhbəri Alı Alıyev vəzifələrindən azad olunacaq. Mənbəyə görə, ən acınacaqlı durumda olanı isə Süleyman Mikayılovdur ki, onun həbsi belə gözlənilir.
Onu da qeyd edək ki, bu xəbərin paylaşımları zamanı sosial şəbəkələrdə verilən ən çox reaksiya bu şəkildə olub: "Süleyman Mikayılov postunda hələ çox oturacaq?”. Yəni görünən odur ki, artıq cəmiyyət də “yuxarılar”ın gəldiyi qənaətdədir.
Paralel.az