Sülhməramlı işğalçı

Sülhməramlı işğalçı
 

Ukraynada tökülən qanlara kim məsuliyyət daşıyır?

 Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti davam edir. Özünün işğalçılıq ambisiyalarından qurtula bilməyən Rusiya prezidenti Putin bu hikkəsini uğurla sona çatdırmaq üçün indiyə qədər çox qanlar töküb. Görünür, insan qanına o qədər susayıb ki, artıq vampirləşib. Bu səbəbdən , ona olunan təkliflərə vampirsayağı yanaşma sərgiləyir. Təkliflərə sərt reaksiya verən Putin, görünür heç Rusiyanın belə, gələcəyi barədə düşünmək iqtidarında deyil artıq. Buna görə , hətta rusiyalıların bu işğala münasibətini həzm edə bilmir qanunları sərtləşdirməklə onları susdurmağa çalışır. Putin Ukraynanı işğal etməklə, həm onunla razılaşmayan qonşu dövlətlərə , nələrə qadir olduğunu nümayiş etdirməyə çalışır. Bununla belə bu, Rusiyanın təkcə Ukraynaya qarşı sərgilədiyi siyasət deyil, Putin sadəcə, bir çox postsovet respublikalarında olduğu kimi, Ukraynada da özünün idarə edə biləcəyi bir hakimiyyət qurmaq istəyir. Putinin bütün hakimiyyəti dönəmində yürütdüyü siyasətin ana xətti , məhz bu iddiaların təmin olunmasına xidmət edir. O, bütün postsovet məkanında "velikoRus" idelogiyasını dirçəltməyə çalışır. Putin sovet rejiminin bərpasının mümkün olmadığını gözəl bilsə , keçmiş sovet respublikalarında öz hökmüranlığını qura biləcəyinə çox inanır bu ambisiyalarından qurtula bilmir. Çünki, bundan əvvəl tökdüyü qanlara görə heç bir məsuliyyət daşımayıb buna görə , bütün hallarda özünü haqlı sayır.

Bütün sivil cəmiyyətlər demokratiya, insan haqqları, müstəqillik azadlıq hayqırsalar belə, Putinin tökdüyü qanlara susqun qaldılar. Məhz bunun nəticəsidir ki, bu gün Putin heç kimi eşitmək anlamaq belə istəmir. Məsələn, Putinin ilk hakimiyyəti illərində Çeçen xalqına qarşı törətdiyi soyqırımına heç kim reaksiya vermədi. Cəmi bir milyonluq xalqın 300 minini məhv etdi burada onun siyasətini yürüdəcək bir hakimiyyət formalaşdıra bildi. Çeçen xalqının aqibətini görən digər Qafqaz xalqları da, Putinin siyasətini qəbul etmək zorunda qaldılar.

Heç kimə sirr deyil ki, Moldovada hələ davam edən Dnestryanı münaqişəsini, məhz rusların dəstəyi ilə Ermənistanın Azərbaycanın Dağlıq Darabağ ərazisini işğal etməsi , Putinin yürütdüyü siyasət nəticəsində 44 günlük Zəfər qələbəsinə qədər davam etdi. Putin bununla da qane olmadı. Orta Asiya respublikalarında baş verən bütün münaqişə dövlət çevrilişlərinin, Abxaziya, Osetiya Krımın işğalı planının da müəllifi məhz Putindir. Bütün bu münaqişə işğallara sivil dünyadan heç bir reaksiya görməyən Putin, daha da qudurdu qonşusu olan, amma onun hegemonluğunu qəbul etməyən Ukraynanı işğal etmək qərarına gəldi. Bu işğal nəticəsində on minlərlə insan hələk oldu, 100 minlərlə insan öz yurd-yuvasından qaçqın düşdü. İşğal davam edir, dünya isə sadəcə sanksiyalarla  Putini durduracağını düşünür. Maraqlıdır, bu qatili kim durduracaq, bu tökülən qanlara görə kim məsuliyyət daşıycaq? Bu suallara cavab verməli olan bir çox beynəlxalq təşkilatlar, ən əsası da Birləşmiş Millətlər Təşkilatı çarəsiz durumda. Putin isə "qalibləri mühakimə etmirlər" prinsipini əsas tuturaq mütləq qələbəyə can atır. Amma yadından çıxarır ki, xalqın qəzəbi çox ağır olur. Ukrayna xalqı qələbə arzulayan Putinə məhz, bu məğlubiyyət acısını yaşadacaq.

Bir vaxtlar Suriyalı diktatorun müdafiəsinə qalxan Putin, Ukrayna xalqına öz gücünü nümayiş etdirməyə çalışsa da, burada qələbəyə nail ola bilməyəcək.

Burada bir məqamı da diqqətinizə çatdırmağı vacib bilirəm ki, hakimiyyətə gəldiyi gündən postsovet məkanında qarşıdurmalar münaqişələr yaratmaqla məşul olan Putin, görəndə ki, Azərbaycan öz gücünə münaqişəni həll etmək əzmindədir, öz əsgərlərini "sülhməramlı missiya" adı ilə Qarabağda yerləşdirməyə nail oldu. Guya bu yolla insan ölümlərinin qarşısını almaq istəyir. Gülməlidir, elə deyilmi?

Əli 300 min çeçenin qanına batan, Abxaziyada Osetiyada minlərlə insanı qətlə yetirən Putin, birdən-birə sülhpərvər olub, Azərbaycan erməni əsgərlərinə rəhmi gəlib, müharibəni dayandırır buraya öz əsgərlərini yerləşdirir.

Diqqət edin, cəmi ilyarım əvvəl Azərbaycan erməni əsgərlərinə rəhmi gələn, Azərbaycanı öz haqq savaşından çəkinməyə sövq edən Putin, indi Ukraynada dinc əhalini, şəhərləri, kəndləri bombalayır, qoca, qadın, uşaq bilmir qanına qətlan edir, budurmu sənin sülhsevərliyin? Belə bir insanın öz ordu hissələrini hər hansı bir dövlətin ərazisində sülhməramlı missiya ilə yerləşdirdiyinə kim inanar, yaxud niyə inansın ki? Putinin Qarabağ savaşında sərgilədiyi mövqeyi heç Azərbaycana sülh gətirmək üçün deyildi. O, sadəcə öz himayəsi altında olan Ermənistanı biabırçı məğlubiyyətdən xilas etmək istəyirdi buna nail oldu. Azərbaycan isə bu dəfə , özünün sülhsevərliyini, işğalçılıq niyyətinin olmadığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün ermənilərin sərhəd bölgələrində törətdikləri təxribatlar Rus sülhməramlılarının bu təxribatlara münasibətləri , onu deməyə əsas verir ki, Putin öz əsgərlərini Azərbaycana heç sülh yaratmaq üçün göndərməyib. Buna görə , Azərbaycan hökuməti bu təxribatçı hərbi birləşmənin ölkəmizdən çıxarılmasına nail olmalıdır.

Bu gün artıq hər kəsə gün kimi aydındır ki, Putin üçtərəfli bəyannamə adı ilə Rus hərbiçilərini münaqişə bölgəsinə gətirməsəydi, Azərbaycan-Ermənistan münaqişəsi artıq çoxdan sona çatmış birdəfəlik yekun həllini tapmışdır. Ermənistan öz məğlubiyyətini etiraf edəcək, bununla da münaqişə bitəcəkdi. Bu isə Putini heç cür razı sala bilməzdi, buna görə , işğalın başqa bir formasını seçərək, ermənilərə dəstək verməkdə davam edir.

Bütün bunlar onu deməyə əsas verir ki, Putin hər zaman babalarının "parçala hökm sür" siyasətinə sadiqdir heç vaxt haradasa sülhün yaranmasına imkan verməz.

Müxtəlif görüşlərdə Putin təmsilçilərinin Ukraynaya hücumu barədə hansı arqumentləri ortaya qoymalarına baxmayaraq, bu işğaldır bunun başqa heç bir adı yoxdur. Bu işğala görə , məhz Putin məsuliyyət daşıyır. Putinin hər hansı bir ölkəyə sülhməramlı adı ilə ordu yerləşdirməsi , işğalın başqa bir formasıdır. Buna görə , açıq etiraf etmək lazımdır ki, Putinin Qarabağa sülhməramlı adı ilə ordu yeritməsinin özü işğaldır. Bu işğaldan qurtulmadığımız halda, Qarabağda heç vaxt sülh əmin-amanlıq olmayacaq.

 Yusif Seyid

0.089316844940186