"Sumqayıt şəhərində aparılmış bütün qanunsuz tikintilərə “icazəni” birbaşa A. Xudadatov verir"

 

Sumqayıt şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Adil Xudadatovla bağlı Prezident Admniatrasiyasına şikayət edilib.

Paralel.az xəbər verir ki, bu barədə Bakupost.az -a Sumqayıtda fəaliyyət göstərən sahibkarlar məlumat verib.

Sahibkarlar bildirib ki, baş memarın öz səlahiyyətlərini aşması, qanunsuz tələb etmələr, öz maraqlarına görə bəzi iş adamlarına süni maneələr yaratmaq, eyni zamanda tikinti-arxitektura qaydalarını kobud şəkildə pozması ənənə halın aldığından artıq ciddi narazılığa səbəb olub.

Şikayətçilər iddia edir ki, A. Xudadatov hətta bəzən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı adından da sərəncamlar verir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərini mənimsəyir.

1648560648_11

Baş memar bu əməllərini daha çox İcra başçısı səhhəti ilə bağlı məzuniyyətdə olduğu vaxtlarda həyata keçirir. Tikinti işlərinə nəzarət gücləndirilsə, bu səlahiyyət Dövlat Şəhərsalma və Arxitektura Komitəsinə verilsə də A. Xudadatov hansısa yollarla bu əməllərini davam etdirir. Yəni onun icazəsi olmadan heç kim Sumqayıtda daşı-daş üstünə qoya bilməz. Onun xəbərinin olması isə təbii ki, sahibkarların xeyli xərcə düşməsilə nəticələnir.

İddia olunur ki, Sumqayıt şəhərində aparılmış bütün qanunsuz tikintilərə “icazəni” birbaşa A. Xudadatov verir. Hətta özünün səlahiyyəti çatmadığı tikinti işlərinə də müdaxilə etmək, icazə almaq kimi məsələləri də yalnız Baş memar həll edir. Yəni sistem elə qurulub ki, Baş memarın şifahi və yaxud da yazılı rəyi olmadan Sumqayıtda iş görmək müşkülə çevrilib.

A.Xudadatovun adı həm də köhnə binaları zədələyərək, əlavə qapıların açılması, yaşayış binalarının birinci mərtəbələrinin obyektlərə çevirmək üçün konstruksiya dəyişiklilərində də hallanır. Bu da bəzən ikinci, üçüncü mərtəbələrdə yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olur. Çünki konstruksiya dəyişikliləri bəzən köhnə binaların zədələnməsinə, yük saxlamaq gücünün zəifləməsinə səbəb olur. Və yaxud da bu kimi dəyişikliklər nəticəsində açılan obyektlər yaşayış binasının funksiyası ilə tərs-mütənasiblik təşkil edir. Belə olan halda da bina sakinlərinin narazılıqları baş qaldırır.

Baş memarın bu fəaliyyəti onun zəngin bir adama çevrib.

İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir.
Şikayətçilər A. Xudadatova məxsus olan obyektlərin siyahısını və fotolarını da Bakupost.az -a göndəriblər.
Onların bəzilərini təqdim edirik:

1. Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;
2. AAFF Yaşayış Kompleksində mənzillər;
3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;
4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina


5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);


6. 43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;


7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);


8. Sumqayıt şəhəri, 6-ci mikroraryon yerləşən “Taxılçı” restoranı və onun yanında “Təndir evi” (icarədə);


9. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;


10. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…


Bu iddialarla bağlı A.Xudadatovla əlaqə saxladıq.

A.Xudadatov Bakupost.az -a açıqlamasında bildirib ki, deyildiyi sayda olmasa da, müəyyən qədər daşınmaz əmlaka sahibdir:

“Mən kasıb adam deyiləm. Bir neçə obyektim var. Amma onlar mənim səlahiyyətlərimdən istifadə və ya hansısa korrupsiya əməliylə əldə olunan mülklər deyil. Mən bu sahədə işləməzdən əvvəl bizneslə məşğul olmuşam. Onlar da həmin vaxt alınıb. Sumqayıtda çox obyektlər mənim adıma çıxılır.

Bunlar yalan söhbətlərdi. Bilirsiz, mən bu şəhərdə böyümüşəm, dost-tanışlar çoxdu. Kimsə nəsə tikmək istəyəndə məndən xahiş edir ki, onlara kömək edim.

Mən də imkan qədər kömək edirəm, icazə üçün aidiyyəti qurumlara müraciət edirəm. Həmin qurumlar da elə bilir ki, öz obyektimdi. Beləliklə, həmin obyektlərin mənə məxsus olmasıyla bağlı şayiələr başlayır. Amma həqiqəti sübut etmək çətin deyil. Kim istəyir gəlsin, sübut edim ki, hansı obyekt kimə məxsusdu. İndi bir dördmərtəbəli obyekt tikilir.

Guya ki, mənimdi. Onun bütün sənədləri var: Fövqəladə Hallar Nazirliyindən keçib, Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi və s. bütün sənədlər qaydasındadır. Həmin tikinti də əmimin yoldaşının adınadır. Əmimin yoldaşı Reyhan Verdiyeva sahibkardır. Həmin obyekti 30 ildir əmim alıb, 3 mərtəbəli tikilidir... İndi mən bu vəzifədə çalışıram deyə, əmim öz qanuni yerində nəsə tikməsin?”.

A.Xudatov qanunsuz tikintilərə icazə ilə bağlı iddialara da münasibət bildirib:

“Bunlar hamısı boş iddialardı. İndi təkcə icra başçısının, şəhər memarının icazəsi ilə tikinti aparılmır. Bu məsələdə Şəhərsalma Komitəsi ilə İcra hakimiyyəti birgə işləməlidir. Yəni sənədlər ilkin olaraq İcra Hakimiyyətinin Memarlıq şöbəsindən şəhərsalmaya göndərilir, əgər tikiləcək ev və yaxud da obyekt tələblərə zidd deyilsə təsdiqlənir.

Bəzən vətəndaşlar heç bir müraciət etmədən tikintiyə başlayır. İcra hakimiyyəti sərəncamı yalnız tikintinin layihələndirilməsi üçün verir. Bəzən vətəndaşlar layihələndirmə ilə tikintiyə sərəncamı düzgün başa düşmür. İcra hakimiyyətlərinin tikintiyə icazə vermək ixtiyarı yoxdur.

Yalnız tikintiyə nəzarət funksiyasını Sumqayıt şəhər İcra hakimiyyəti yanında Memarlıq idarəsi həyata keçirir.
Planın çıxarışı varsa, sənədləri hazırlayırıq. İcra başçısı ilə şəhərlərin rəhbəri arasında razılaşdırılır. Layihəyə baxılır, həmin yerə uyğundursa, Şəhərsalma idarəsinə məktub göndəririk. Vətəndaş özü Şəhərsalma idarəsinə gedir. Şəhərsalma idarəsinə layihəsini təqdim edir, rəsmi ödənişləri ödəyir.

Müəyyən icazələri aldıqdan sonra İcra hakimiyyətinə yenidən gəlir. Bu obyekt tikintisi üzrə prosedurdur. Fərdi yaşayış tikintilərində isə vətəndaş ərizəsini layihəsi ilə birlikdə verir. 5 iş günü ərzində ona cavab verilir. Icazə verilmirsə, onun problemini göstəririk. Məsələn, sıxlıq azdır (çox), yaxud yeri doğru deyil, kanal yaxınlığındadır və s.

Fərdi yaşayış tikintilərinə yerin çıxarışı varsa, iazə verilir. Sumqayıt şəhəri elə bir yerdir ki, orada çıxarışı olan yerlər Corat, Saray bağlarıdır. Qalan bütün ərazilər çıxarışsızdır. Biz yazdığımız cavabı 3 gün ərzində Şəhərsalma idarəsinə göndəririk. Onlar da ona baxır, yəni bir səhv olarsa, bizə deyirlər. Yəni hansısa bir sahibkara obyekt tikmək üçün icazəni biz vermiriksə, ona necə mane ola bilərik və ya ondan hansı əsasla nəsə tələb edərik? Ona görə də, bizə qarşı ittihamları boş və əsassız hesab edirəm”.

0.017441034317017