"Rusiya informasiya mübadiləsində geriyə, kağız dövrünə qayıdır"

 
 
Osman Gündüz:
Rusiya informasiya mübadiləsində geriyə, kağız dövrünə qayıdır
Hər halda, özləri belə yazır.
Həqiqətən, indi texnologiya və İT təhlükəsizlik sahəsində bu ölkədə baş verənlər ağlasığmazdır.
Ən strateji resursları çökür, qlobal şirkətlər bu ölkəni tərk edib, İT şirkətlər iflic vəziyyətdədir.
İndi də hakerlər Rosaviasiya (Hava nəqliyyatı üzrə Federal Agentlik) dövlət qurumunun elektron sənəd sistemini, bütün informasiya sistemini sıradan çıxarıb. 65TB həcmində məlumatlar ələ keçirilərək məhv edilib.
Maraqlı məqam odur ki, baxmayaraq ki bu qurum kritik informasiya infrastrukturuna aid edilib, amma mövcud bazanın hər hansı ehtiyat variantı olmayıb ki, qısa zamanda sistemin və bazanın bərpası mümkün olsun .
Rosaviasiya-nın rəhbərliyi hücumun olduğunu təsdiqləsə də ciddi problem olmadığını açıqlayıb.
Amma, maraqlıdır və ağlasığmazdır ki, qurum klassik, kağız formada məlumat mübadiləsinə keçidlə bağlı qurumdaxili rəsmi teleqram göndərib.
Elektron sənədləşməni keçmişin feldyeqer xidməti və "Poçt Rossiya" həyata keçirəcək.
Rosaviasiya ehtiyat resursların olmamasını maliyyə çatışmazlığı ilə izah edib.
Rusiyanın nəhəng kritik informasiya infrastrukturuna daxil olan dövlət qurumlarının informasiya sistemlərinin bir anda sıradan çıxarılması bu ölkədə İT təhlükəsizlik, texnologiyalar və kadrlarla bağlı ciddi problemlərin baş qaldırmasından xəbər verir.
0.021113157272339