Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 

 

Azərbaycan vətəndaşı olan, özünü bu millətdən sayan, lakin Rusiyanın Ukraynaya təvavüzünə haqq qazandıran, milli hissdən məhrum olan kəslər, siz öz hərəkətinizlə son 3 əsr ərzində rusların azərbaycanlıların başına gətirdiyi faciə və fəlakətlər nəticəsində milyonlarla şəhid olmuş qəhrəmanlarımızın ruhunu narahat etmək cəsatətini kimdən almısınız?! 

Siz Rusiyanın Ukraynada insanlıqla tam zidiyyət təşkil edən vandallıq hərəkətinə, insanlığa fəlakət bəxş edən rus cəlladlarının faşizmini hansı üzlə müdafiə edirsiniz?! 

Hər kəs bilir ki, 3 əsrdir Rusiya çar dönəmindən başlayaraq, torpağımızda Ermənistan adlı quzğunlar yurdu yaradıb, bolşeviklər bununla kifayətlənməyib, sovet dönəmində də torpaqlarımızı hissə-hissə kəsərək, Ermənistanın 9 min kv.km olan ərazisini 27 min kv.km-ə qədər böyüdüblər. 

Müstəqillik əldə etdikdən sonra Rusiya yenə də ölkəmizdən və millətimizdən əl çəkməyib. Rusiya torpağımızın 20 faizini 30 il Ermənistanın işğal altında saxlamasına hərbi və maddi yardım edib, bir milyondan çox soydaşımızı didərgin saldırıb, 4476 soydaşımızı ermənilərə əsir götürdüblər, məhv ediblər, minlərlə qız-gəlinlərimizin və qadınlarımızın namusuna toxunublar, başına fəlakət, faciə gətiriblar, öldürüblər və milli namusumuzu ləkələyiblər! 

Daim erməni alçaqlarının arxa-dayağı olan Rusiya işğal olunmuş ərazilərimizdə daş üstə daş, bədən üstə baş qoymayıblar, on minlərlə gəncimizi şəhid ediblər, işğal etdikləri əbədi torpaqlarımızdan dədə-babalarımızın izini siliblər! 

Bu faciə və fəkakətlərin hamısı Rusiyanın millətimizin taleyinə vurduğu ağır, sağalmaz yaraların yalnız bir hissəsidir! Ukraynada Rusiyanın başladığı ədalətsiz, vəhşi müharibənin tərəfini tutan zatlar görəsən, rus ordusunun Bakıda 1990-cı ilin 20 yanvarında və 1992-ci ilin 26 fevralında Xocalıda 366-cı dviziyanın törətdiyi faciələri nə üçün unudublar?! 

Tarixdə rusların xalqımıza qarşı törətdiyi bu cür faciələri saymaqla qurtarmır axı! Görəsən, Xalqımız nə vaxta qədər qəssab bıçağını yalayan qurban kimi başına gətirilən faciələrə biganılik göstərəcək, bunun sirrini bilən varmı?!..

Paralel.az

0.045411109924316