Bütün diktatorları demokratlar  seçmişdir - təyin etmişdir

Bütün diktatorları demokratlar  seçmişdir - təyin etmişdir
 
 
Yasəmən Qaraqoyunlu:
Tarixi faktlar göstərir ki, Son 50 ildə Orta doğudakı bütün diktator hökümətləri və rejimləri demokrat Batı ölkələri (Avro-Atlantika) qurmuşdur.
Asiyanı, Afrikanı sömürgələştirən, soyqırıma uğradan, işğal edən, burada diktatorluqlar quran da Batıdakı DEMOKRATLAR dır. Onların oylaması olmasa kimsə bu coğrafiyalarda hökümət qura bilməz, hətta diktator ola bilməz.
Bütün DİKTATORLARI DEMOKRATLAR seçmişdir. Sonucda əksər diktatorlar, monarxlar Qərbə qaçıb sığınmışdır. Diktatorlar demokratlar üçün bir sömürü aracıdır. Ölkələr xalqlar Batıdakı demokratların onayladığı diktatorların əli və basqısı ilə sömürülür.
Lakin bir məsələ var ki, Diktatorun da yaxşısı, pisi var eyy.
Azərbaycandakı diktatorluqla
Liviyadakı diktatorluğun fərqi nə idi?
Azərbaycan neftən gələn gəlirlərin 80 faizini payçı ölkələrə paylayır, 20 faizini də ailə mənimsəyir.
Liviyada Qəddafi gəlirləri uzun illər payçılara payladı. Birdən fikirləşti ki, heç olmasa bir az da öz xalqına paylasın. Sonucda cəzalandırıldı. Kimlər cəzalandırdı? Demokrat ölkələr. Demokrat işğalçı ölkələr. Demokrat, işğalçı ola bilərmi? Örnəyin demokrat Buş, Bayden uluslararası siyasətdə Qəddafidən daha əxlaqlı və haqlı idilərmi? Məsələn bizim ölkədə demokrat ölkələr xilaskar kimi qəbul edilməkdədir. Sömürgəçi və işğalçı İmperialist ölkələr xarici siyasətdə demokrat anlayışı ilə çəlişkiyə girirlərmi? Suallar çox.
QƏDDAFİ NİYƏ ÖLDÜRÜLDÜ???
Qəddafinin öldürülməsinin "16 əsl səbəbi":
1. Liviyada elektrik haqqı yox idi, elektrik enerjisi bütün vətəndaşlar üçün pulsuz idi.
2. Kredit faizi yox idi, banklar dövlətin idi, vətəndaşlarına verilən kredit qanunla 0% idi.
3. Qəddafi valideynlərinə söz vermişdi ki, Liviyada hər kəs ev sahibi olana qədər ev almayacaqdır. Qəddafinin atası onun hakimiyyəti dövründə çadırda dünyasını dəyişmişdi.
4. Liviyada bütün yeni evlənən cütlüklər hökumətdən 60.000 dinar alırdılar ki, onlar öz mənzillərini alıb ailələrini qururdular.
5. Liviyada təhsil və müalicə pulsuz idi. Qədafiyə qədər cəmi 25%, onun dövründə 83% savadlı insan var idi.
6. Liviyalılar təsərrüfatda işləmək istəsələr idi, pulsuz məişət texnikası, toxum və mal-qara alırdılar.
7. Əgər kimsə Liviyada müalicə oluna bilmirdisə, dövlət onlara +2300 ABŞ dolları ödəyir və müalicə üçün xaricə səyahət şəraiti yaradırdı.
8. Liviyalı maşın alırdısa, qiymətinin 50%-i dövlət tərəfindən maliyyələşdirilirdi.
9. Benzinin litrinin qiyməti 0,14 dollar idi.
10. Liviyanın xarici borcu yox idi və 150 ​​milyard dollar ehtiyatı var idi (hazırda bu pullar bütün dünyada dondurulmuşdur)
11. Liviyalıların bir qismi məktəbdən sonra iş tapa bilməyəndə dövlət onlara ölkıdə olan orta maaşı ödəyirdi.
12. Liviya neftinin satışlarının bir hissəsi bütün vətəndaşların bank hesabları ilə birbaşa əlaqəli idi.
13. Uşaq dünyaya gətirən ana 5000 dollar alırdı.
14. 40 çörəyin qiyməti 0,15 dollar idi.
15. Liviyalıların 25%-i bütün diplomlara sahib idi.
16. Kadafi səhra ölkəsində suyun mövcud olmasını təmin etmək üçün "BÖYÜK İNSAN LAYİHƏSİ" kimi tanınan dünyanın ən böyük suvarma layihəsini həyata keçirmişdi.
Bunun adı “DİKTATORLUQ”dursa, demokratiya nədir?
Diqqət edin. Düşünün. Cavab verin.
Necə olur ki, Sömürən ölkələrdə demokratiya
Sömürülən ölkələrdə diktatorluq qurulur?
Sömürən ölkə demokratiyası, əxlaqı, mədəniyyəti sömürü yapdığı üçün sorğulanmalı deyilmi?
Bütün sömürülən ölkələrdə diktator rejimləri sömürən demokrat ölkələr qurmuşdur.
Bizdə necə oldu? Necədir?
Müqayisə edək.
 
 
 
0.016755819320679