Novruzla yeni il bayramı arasında riyazi əlaqə var - maraqlı hesablama

Novruzla yeni il bayramı arasında riyazi əlaqə var - maraqlı hesablama
 



Bildiyimiz kimi, insan torpaq, su, hava və ruh olmaqla, dörd ünsürdən yaranıb. Həmçinin, təbiət 4 fəsildən, kainat 4 cəhətdən ibarətdir və səmavi kitabların sayı da 4-dür.
 Çərşənbələrin də sayı bunlara uyğun – torpaq, su, yel (hava) və od – olmaqla, dörddür. Bunlardan əvvəlki ikisi eyni adla adlanır. “Yel” isə havaya işarədir. İnsanın yaradılış ünsürlərindən olan və ona istilik, enerji verən ruh, nur şəklində olduğundan və gözlə görünmədiyindən, onu simvolik olaraq odla əvəz ediblər.
Müqəddəs Qurani-kərimdə kainatın altı gündə yaranması qeyd olunmuşdur (bazar günündən başlamaqla, cümə günü başa çatıb, şənbə günü heç nə yaranmayıb).
 İki günə Yer, iki gündə isə, insanların qidalanması üçün Yer üzərində olanlar (ruzilər) yaradılmışdır. Sonrakı iki gündə isə, göydə olanlar yaradılmışdır:
“Doğrudanmı siz Yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!”
“O, Yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və Allahdan ruzi istəyənlər üçün bərabər olaraq Yer əhlinin ruzisini dörd gündə müəyyən etdi”. Quran, 41:10-11.
Bu ayələrin mahiyyəti ilə, insanın yaradılışı və dörd çərşənbənin qeyd olunması arasında əlaqə aydın şəkildə görünür.
Odur ki, bəzi dindarların Novruz bayramının dinə uyğun olmaması haqdakı fikirləri əsassızdır. Məlumdur ki, martın 21-də baharın gəlişi ilə torpaqda oyanış yaranır və əkinçilər ruzi əldə etmək üçün fəaliyyətə başlayırlar və fəaliyyətlərinin əsas istiqaməti torpaq və sudur. Bahar fəslində əsən YEL isə, meyvə ağacları üçün rəncbər rolunu oynayır. Yəni ağacların toxumlarını kənara səpələməklə, onların tozlanmasını (mayalanaraq, ruzi verməsini) təmin edirlər. Baharın gəlişi ilə havanın hərarəti artır ki, OD-da buna işarədir.
Sual yarana bilər ki, ruzi ilə bağlı olan bu mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur?
Məsələ burasındadır ki, yuxarıdakı "Quran" ayəsi ilə hesabladıqda, ruzinin yaranması həftənin ikinci və üçüncü (çərşənbə axşamı və çərşənbə) günlərinə düşür. Odur ki, mərasimlər də bu günlərdə keçirilir.
Yeri gəlmişkən, qeyd edim ki, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib.
Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir:
1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür.
2) Biologiya elmi sübut edir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Beləliklə, insanın yaranışı üzərinə Allah öz kodlaşdırılmış “möhürünü” vurub.
3) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.
4) İnsanlar ən çox Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür.
Bu faktlar onu sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq, həyatımızın bütün vacib sahələrinin üzərinə vurulmuşdur. O cümlədən, Novruz bayramı da təqvim dəyişməsi olduğundan (təqvimləri yaradan alimlərə də elmi Allah vermişdir), bu bayramın da üzərinə Allah-təala öz möhürünü vurmuşdur.

Yeri gəlmişkən, novruz bayramınızı təbrik edib, Allahdan ruzi-bərəkət, xoşbəxtlik gözləyənlərin hamısına müjdə verirəm ki, zaman əməlisalaehlərin və inananların xeyrinə işləyir. Keçən hər gün sizləri xoşbəxtliyə bir addım daha yaxınlaşdırır:
"Allah pisi yaxşıdan (zalımı mömindən) seçmək üçün möminləri sizin indi olduğunuz çətin vəziyyətdə qoyan deyildir.... Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!" Quran, 3:179
Ayədən göründüyü kimi, Allah möminləri hərdən çətinliyə salır ki, ətrafındakı insanları tanısın (insan çətinə düşməsə, ehtiyacı olmasa ətrafındakıları sınaqdan keçirə bilməz). Odur ki, heç də narahatlıq keçirməyin, indiki sıxıntılı dövr, şeytani dövr başa çatmaq üzrədir. Yaxın aylarda İnşallah kamil bir dövrə qədəm qoyub, bolluq, bərəkət içində yaşayacaqsınız.
Söz ardı: o ki qaldı bu il baharın niyə qış olmasına və hazırda ölkədə təbii fəlakətlər yaşanmasına, bunun sirlərini növbəti yazımızda izah edəcəyik. Bizi izləyin.

Paşa Yaqub,
Həkim, Elmi-lədun bilicisi
Paralel.az

0.01329493522644