"Gəlin qaya" əfsanəsi - 26-cı hissə
Üstündən əsdikcə zamanın yeli,
Böyüdür körpəni köçəri eli.
Körpənin addımın dağ saya-saya,
Ana tək boylanır o «Gəlin Qaya».
Illər dolandıqca, ötdükcə zaman,
Körpənin adı da qaldı «Xançoban».
Fəsillər ötdükcə o yaşa doldu,
Pəhləvan cüssəli bir çoban oldu.
Yayıldı hər yana onun şöhrəti,
Qolunu qatlayan olmadı qəti.
Üstündə yar oldu, yaradan əli
Ata tək oğlu da oldu qüvvəli.
Çətin döyüşlərdə qılınc çalardı,
Elat tayFasına arxa olardı.
Köçəri elində böyüdü cavan,
Çoban Qara oğlu, Qara Xançoban.
****
Ağaclar qoymuşdu çiçəklərdən tac,
Bürünüb laləyə yaxa, yal-yamac.
Iki göz lazımdı tamaşa etsin,
Bu cənnət guşədə yuxuya getsin.
Çıxmışdı üzünə torpağın ətri,
Günəşdən nur alır ağacın çətri.
Könüllər oxşayır Mil də, Muğan da,
Min nemət yetirir bağ da, bağat da.
Səhraya can verir, Arazın suyu,
Sarısu uzanır Mil, Muğan boyu.
Bu eldə, elatda olan adamlar,
Kimi köç eyləyər, kimi yurd salar.
Kimi ağa olar, kimi də nökər,
Bəy-ağa əzabın kasıblar çəkər.
Ağa bəy oğlu da, o topal Əhməd,
Şöhrətli bir ağa oldu nəhayət.
Övladdan var idi bir qız uşağı,
Enər çarhovuza hər axşam çağı.
Üzər sona kimi o, çarhovuzda,
Gələr tamaşaya ay da, ulduz da.
Ilahi vermişdi sanki bu adı,
Saraylar sonası, adı Saradı.
Günəş tək bərq vurur onun camalı,
Behist qapısıdı, üzündə xalı.
Elə bil yonulub zümrüd daşından,
Xəstə cana gələr bir baxışından.
Kəsər qapıların gündə elçilər,
Hacı CəFər oğlu, o kosa CəFər.
Karvanla gətirər, xalat-baratı,
Bağışlar Əhmədə mindiyi atı.
Üstəlik daş-qaş da gətirir ona,
Yüz dəvə kəsərəm, deyir toyuna
Qız könül verməyir, gəlib-gedənə,
Taleyi aparır qismət deyənə.
Davamını izləyin...
Allahverdi Kərimoğlu