Qalxanabənzər vəzin düzgün işləməsi hansı qidalar lazımdır?

Qalxanabənzər vəzin düzgün işləməsi hansı qidalar lazımdır?
 

Qalxanabənzər vəzin (zob) düzgün işləməsi üçün bir sıra yodla zəngin qidalar lazımdır.
Paralel.az xəbər verir ki, bu barədə rusiyalı dietoloq İrina Rıl danışıb.
O yod çatışmazlığına görə faydalı qidalar barədə məlumat verib.
"Qalxanabənzər vəzin normal fəaliyyəti üçün yod lazımdır. Biz onu dəniz yosunu, dəniz məhsulları, dəniz balığı, feyxoa, xurma, qozdan ala bilərik", - Rıl qeyd edib.
Dietoloq əlavə edib ki, hormonların normal istehsalı üçün tirozin lazımdır: “Bu amin turşusu avokado, kivi, əncir, ərik, bananda olur. Selenium T3 və T4 hormonlarının istehsalı üçün lazımdır. Tərkibinə görə lider Braziliya qozudur".

0.031296014785767