Dəyişən liderlik anlayışı - Putin niyə məğlub olacaq?

Dəyişən liderlik anlayışı - Putin niyə məğlub olacaq?
 

Siracəddin Hacı yazır...

I Köhnə liderlik anlayışı:

Lider:

- qorxulan insandır;
- çox və yaxşı danışır;
- qorxudur;
- qaydaları özü qoyur;
- asan yalan danışır;
- özünə bənzəyən, təktipli insanlarla iş görür;
- mən-mən deyir;
- əmr-itaət ölçüsü ilə çalışır;
- qəzəbli görünməyi xarizma sayır;
- əlçatmazdır;
- yeniliklərdən qorxur;
- dəyişim istəmir;
- insanların cahil olmasını istəyir;
- mən hər şeyi bilirəm havasındadır;
- görünməyi olmağın yerinə qoyur -  ədalətli deyil, ədalətli olduğunu söyləyir;
- təbliğata çox önəm verir;
- çox görünür, az iş görür;
- narsistdir – özündə olanları şişirdir, özündə olmayanları onda varmış kimi göstərir;
- təkəbbürlüdür;
- tənqidə nifrət edir;

II YENİ LİDERLİK ANLAYIŞI

Lider:

- qorxulan deyil, güvənilən insandır;
- az danışır, ağıllı suallar verir, çox dinləyir;
- qarşısındakına hörmət edir;
- məcbur etmir, inandırır;
- dəyərləri önə çıxarır;
- ümid verir;
- ağıl-ağıldan üstündür ölçüsü ilə çalışır;
- fərqlilik nemətdir deyir;
- mən deyil, biz deyir;
- əmr etmədən iş gördürür;
- gülərüzdür;
- əlçatmaz deyil, insanlarla iç-içədir;
- üzr istəməyi ərdəm sayır;
- yeniliklərə açıqdır;
- elmi təşviq edir;
- sərt deyil, qərarlıdır;
- məsləhətə önəm verir;
- olmağı görünməyin yerinə qoyur;
- az görünür, çox çalışır, təbliğatçısı işidir;
- təvazökardır;
- tənqidi inkişafın əsası sayır;

Putinin liderlik anlayışı sıradan çıxdığına görə onun məğlub olması qaçılmazdır!

Paralel.az

0.039897918701172