500 nəfərdən  canlı qalxan kimi istifadə ediləcək

500 nəfərdən  canlı qalxan kimi istifadə ediləcək
 

Paralel.az xəbər verir ki, Ukraynanın Mariupol liman şəhərindən acı xəbərlər gəlməkdə davam edir: “Regionun qubernatoru Pavlo Kyrylenko rus əsgərlərinin bir xəstəxananı ələ keçirdiyini və canlı qalxan kimi istifadə etmək üçün 500 əsiri saxladığını açıqlayıb. Şəhərin digər xəstəxanalarında valideynlərini itirən yeni doğulmuş körpələr sağ qalmaq üçün mübarizə aparır.
 Mariupolda vəziyyət getdikcə pisləşir. Ukraynanın açıqladığı rəqəmlərə görə, Rusiyanın şəhərdəki hücumları nəticəsində 2500-dən çox dinc sakin həyatını itirib. Cəhənnəmə çevrilən şəhərdən xilas ola bilənlər rus qoşunlarının işğalından sonra bölgədə çarəsizliyin hökm sürdüyünü deyirlər.
Suriya eksperti Sasha Ghosh-Simionoff Insider-ə verdiyi açıqlamada humanitar dəhlizlərə hücum taktikasının Rusiyanın Suriyada dəfələrlə istifadə etdiyi bir taktika olduğunu söyləyib: “Rusiyanın humanitar dəhlizlərin açılmasına razı olması və sonra həmin dəhlizləri bombalaması və insanların getməsinə mane olması mühasirə müharibəsi taktikasıdır. Bunu 2016-cı ildə Hələbdə etdilər, humanitar dəhlizlər açılırdı, lakin insanlar yalnız rejimin nəzarətində olan ərazilərə gedə bilirdilər”.
Nigar

0.013350009918213