Sülh sazişinə hazırlıq gedir?!

Sülh sazişinə hazırlıq gedir?!
 
 
 
Hazırda Azərbaycanda hamının başı Rusiya – Ukrayna müharibəsinə qarışıb, arada öz dərdimiz yaddan çıxıb. Qarabağ problemi, Laçın dəhlizi, Rusiya sülhməramlıları hələ qalır. Zəngəzur dəhlizi, deyəsən, ixtisara salınır, İrandan keçəcək Zəngilan yolundan danışılır. Artıq Böyük Sülh sazişinə hazırlıq gedir, bu barədə Azərbaycan və Ermənistan liderlərinin bəyanatları eşidilir. Ermənistan tərəfi Azərbaycanın şərtlərini qəbul edərsə, tərəflər güzəştə gedərsə, sülh də reallaşa bilir. Amma sülhün bağlanması yalnız barışıq deyildir, həm də erməni və azəri köçkünlərin daimi yaşayış yerlərinə qayıtması deməkdir...
Məlum olduğu kimi, terrorçu olmayan erməni yoxdur, sadəcə olaraq, silahı olmayan terrorçu var. Odur ki, ermənilərin kompakt şəkildə, BMT səviyyəsində tanınan Azərbaycan ərazisində yaşamasına imkan vermək olmaz. Əvvala, bu qədər qandan-qadadan, I və II Qarabağ müharibəsindən sonra bu, praktiki olaraq mümkün deyil. Ən azı, 20-30 il keçməli, nəsil dəyişməlidir. Nəzəri cəhətdən isə, əgər bir qəsəbədə, hətta bir kənddə 2-3 erməni ailəsi yaşayırsa, bu artıq separatçılığın başlanması, daşnak-terror özəklərinin yaradılması deməkdir. Biz artıq XX əsrlərdə iki dəfə bu səhvi etmişik, üçüncü dəfə eyni "palçıga" girməyin adını da bilirik.
O ki qaldı beyhəlxalq aləmin buna necə baxmasına, beynəlxalq normalara, bəli, Azərbaycan vətəndaşı olan ermənilər Azərbaycanda yaşaya bilər, bu, onların haqqıdır. Amma hazırda Qarabağdan Ermənistana qaçan və sonradan Qarabağa qayıdan ermənilərin heç biri Azərbaycan vətəndaşı deyil. Onların böyük əksəriyyatı Ermənistan, yerdə qalan hissəsi də Rusiya pasportu daşıyır, deməli, Azərbaycan vətəndaşı sayılmır. Təbii ki, Qarabağ ermənilərinin Azərbaycana qayıtması məsələsini Ermənistanla müzakirə etmək, danışıqlar aparmaq olar. Necə ki Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qaytarmaq haqqında danışıqlar aparırdı - 20 il, 30 il... Ona qədər də nəsillər dəyişər, yeni nəsillər gələr...
Qalib ARİF
0.014999866485596