"Gəlin qaya" əfsanəsi - 23-cü hissə

 
 
 
Günəşli bir gündə, xoş bir havada,
Niyə nalə çəksin bülbül yuvada?
Gəlin tək bəzənib dağlar, dərələr
Ruhu oxşayırdı bu mənzərələr.
Qartallr qıy vurur dağ zirvəsində,
Çaylar nəğmə qoşur zümzüməsində.
Cənnət bir məkandı Dəlidağ qoynu,
İgidlər çaldırar burda toyunu.
Sarı xan kefində, özgə həvəsdə,
Saray nalə çəkir sanki qəfəsdə.
Sarı xan cəm edib nayıb-nökəri,
Dedi xanımlara verin xəbəri,
Seyrə, seyrəngaha çıxsın xanımlar.
Qırx bulaq başında məclis qursunlar,
Çalıb, oxuyacaq Göyçə aşığı.
Açılsın Sarayın qaşı, qabağı,
Qırx gözəl içində Saray da gəldi.
Qırxbulaq başında məclis düzəldi,
Qırx gecə, qırx gündüz çal-çağır oldu,
Saray qan ağladı, saçların yoldu.
Qırx gözəl yaraşır çiçəkli dağa,
Qırxı da dağılır çiçək yığmağa.
Uşaqlıq illərin o ana-ana,
Özünü bağlayır oxa, kamana.
Qaçır ayaq yalın, yaylıq əlində,
Körpə həsrətiylə, layla dilində.
Saray çiçəklərdən bağlayır dəstə,
Çıxır yavaş-yavaş sərt qaya üstə.
Ayları, illəri ötürür bir-bir,
Yetimlik günləri yadına gəlir.
Həsrətlə boylanır quzeyə sarı,
Ürəkdə nə isə verir qərarı.
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
0.016454935073853