Bakıda Moskvanın adını daşıyan prospekt və küçə olmamalıdır

Bakıda Moskvanın adını daşıyan prospekt və küçə olmamalıdır
 

Ukrayna xalqının işğalçı Rusiya ordusuna qarşı qəhrəmancasına  müqavimətini bütün dünya heyranlıqla izləyir. Günlərdir mühasirədə olan Mariupol şəhərində isə ukraynalılar rus faşizminə qarşı dirəniş tarixinin qızıl səhifələrini yazırlar. 
Rusiya hərbi hava qüvvələri 400 mindən artıq insanın yaşadığı bu şəhəri gecə-gündüz  bombardman etməkdədir. Artıq 2000  nəfərdən çox insanın həlak olduğu bildirilir.
Bu insanların ölümünə səbəb olan fərman Moskva şəhərində imzalanıb. Uzun illər işğal acısı yaşamış və bu savaşda minlərlə vətəndaşını itirmiş Azərbaycanın paytaxtında Moskvanın adını daşıyan prospekt və küçə olmamalıdır.
Demokartiya Naminə Ukraynaya Dəstək Platforması Moskva prospektinin adının dəyişdirilərək Mariupol prospekti adlandırılması tələbilə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etmək qərarına gəlib. Bu təklifi dəstəkləyən hər kəs müraciətə qoşula bilər.
Xaqani Cəfərli
Paralel.az

0.018145084381104