"Gəlin qaya" əfsanəsi - 20-ci hissə
Qaranı sıxırdı zindan həyatı,
Hər gündə ah çəkir, çəkir bayatı.
Əzizinəm aran qalar.
El köçər aran qalar,
Ordu başsız olanda,
El basılar, örən qalar.
Saray həsrətiylə alışıb yanır,
Onu həyatının həmdəmi sanır.
Qovrula-qovrula yaşayır hər gün,
Yaşayır qorxuyla zindan büsbütün.
Günahlı, günahsız asıb kəsirlər,
Qaniçən cəlladlar hədə gəlirlər.
Qanmazın sözüylə alim soyulur,
Alimin yerinə nadan qoyulur.
Əvvəlcə tikdirir xan sarayını,
Sonra sənətkarın alır canını.
SəFalət bürüyür şəhəri, kəndi,
Kəsir hər tərəFdən bərəni, bəndi
Aclıq da bürüyür eli, obanı,
Aparır xəstəlik qoca, cavanı.
Işğalçı bir yandan, aclıq bir yandan,
Kənd-şəhər əhlinə tuturdu divan.
Mil-Muğan həyatı keçirdi acı,
Millət yaşayrdı diri, zarıncı.
Dözmədi Qara da bu haqsızlığa,
Zindanda dustaqlar qalxdı ayağa.
Söküldü gecələr zindan divarı,
Hərə bir tərəFə oldu süvarı.
Qara dəstə çəkdi Milə, Muğana,
Qisasın göstərsin bəy ilə xana.
Soltanbud meşəsi oldu məskəni,
Sarayın eşqiylə tökdü təpəni.
Verildi təpəyə Sarayın adı,
Nə qədər elat var, təpə yaşadı.
Mil-Muğan qoynunda olan təpələr,
Uğrunda can vermiş min-min şəhidlər.
Toplayıb başına neçə cavanı
Qorusun yağıdan Mili, Muğanı.
Elatdan Qaraya gəldi bəd xəbər,
Sarı xan mahalı etdi dərbədər.
Xəbər çatdırdılar Çoban Qaraya,
Nişanlın Saray da getdi saraya.
Çoban nərə çəkdi dəstənin üstə,
«Qoymayaq Sarayı qala qəFəsdə.
Bu gecə hücum var xanın qəsrinə,
Bostan əkməliyik onun yerinə.
Keçiyə gələrsə əcəldən əsər,
Çoban çomağına özü sürtünər.
Indi Sarı xanın çatıb əcəli,
Qaynar qır qazanı olacaq yeri».
Davamını izləyin...
Allahverdi Kərimoğlu