"Gəlin qaya" əfsanəsi - 16-cı hissə

 
 
 
Elə bil qəzəbi tutub Allahın,
Yağışla endirir naləsin, ahın.
Çökür yer üzünə qatı qaranlıq,
Ildırım şütüyür ani bir anlıq.
Yerlə-göy qovuşur, yağan yağışdan,
Xan-bəy ləzzət alır belə savaşdan.
Əzir bu davada qardaş-qardaşı,
Düşür başlarına zülmətin daşı.
Xan-bəy öz keFində, qəh-qəh çəkərək,
TayFalar bir-birin qoy qırsın görək.
Xan qoyar başına qızıldan tacı,
Gələr hər tərəfdən baci-xəracı.
Onlara lazımdı belə davalar,
TayFa arasına niFaq salalar.
Çağıran olsaydı xalqı birliyə,
Sorağı çatardı xan ilə bəyə.
Asılar o adam dar ağacından,
Millətin birliyi çıxsın yadından.
Gələrsə quyudan millətin səsi,
Görünməz gözünə dağın zirvəsi.
****
Yığılıb tayFanın ağsaqqalları,
Dedilər yatırdaq bu qırğınları.
TayFa ağsaqqalı Aşur baba da,
Elat mahalından Dədə Alı da,
Hərəsi bir xanın yanına getdi.
Ədəblə baş əyib müraciət etdi,
Ey Milin, Muğanın xanı, xaqanı.
Yatırdın qırğını, verin amanı,
Yad elli yağılar toy tutur bizə.
Biz qənim çıxırıq öz-özümüzə,
Göndərin fərmanı döyüş dayansın,
Tanısın düşmənin millət oyansın.
Torpağın qeyrətin çəkən hər insan,
Işğalçı yağıya qoy etsin üsyan.
Özgə qırğınları bəs deyil bizə?
Qardaş qırğınını çıxartdıq dizə.
Öz şanın, şöhrətin güdən ağalar,
Özünü əliylə taxtından salar.
Xan-rəyyət birliyi olarsa əgər,
Onun da xanlığı çox uzun çəkr.
Ağbirçək yaylığı atdı ortaya,
Fərmanlar oxundu, o tay-bu taya.
Hər iki tərəFdə döyüş dayandı,
Əfsus ki, Mil, Muğan qana boyandı.
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
0.017100095748901