"Gəlin qaya" əsəri - 15-ci bölmə
Ilk bahar sorağın verəndə quşlar,
Laləli düzlərdə oynar uşaqlar.
Tonqallar qalanar çərşənbə günü,
Elat başlayardı toyu-düyünü.
Yağışda oynanar «Qodu» oyunu,
Pay yığıb edərlər «Keçəl» toyunu.
«Qodu» hər qapıda min avaz söylər,
kim payın verməsə biabır eylər.
«Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qodunun payın verdinmi?
Qodu qapıdan keçəndə
Qırmızı günü gördünmü?
Gün çıx, gün çıx,
Kəhər atı min çıx.
Saçlı qızı evdə qoy,
Keçəl qızı götür çıx».
TayFalar şənlənir bayram qabağı,
Baharın ən gözəl səFalı çağı.
Cavad xan dönmədi dediyi sözdən,
Kin-küdurəd yağırdı xanın gözündən.
Bir qasid yolladı Cavad xan Milə,
Oturub taxtında o gülə-gülə.
Cavabın gözlərəm mən Sarı xanın,
Gəlsin döyüşməyə qoy alım canın.
Əgər verməsələr Saray xanımı,
Bu qılınc alacaq onun canını.
Qoşun topladılar, elat elindən,
Millət qan ağladı xanın əlindən.
Bir bəla yayıldı Milə-Muğana,
Iki xan qoç kimi girdi meydana.
Sözləri çəp gəldi hər iki xanın,
Yığdılar boğaza millətin canın.
Boyandı al qana «Haramı» düzü,
Qoşunlar döyüşdü gecə, gündüzü.
Millət bir-birin batırdı qana,
Bir zərbə dəymədi, nə bəyə, xana.
Ana ağlaşması, körpə göz yaşı,
Kəsilmir elatdan nə yazı, qışı.
Göz yaşı axıdar nişanlı qızlar,
Körpə yetim qalar, analar sızlar.
Getdikcə qızışır elat davası,
Xan-bəyə xoş gəlir millətin yası.
Millətin səbri də tükənib daha,
Ümid də qalmayıb bu gün, sabaha.
Qılıncdan keçirir qardaş-qardaşı,
Allah əFv edərmi, ağılsız başı?
Davamını izləyin...
Allahverdi Kərimoğlu