"Gəlin qaya" əfsanəsi - 14-cü bölmə

 
 
 
Ağa-bəy hörmətin artırsın deyə,
Sığmırdı ədası nə yerə, göyə.
Aradı, axtardı bir nicat yolu,
Xan-bəylə dostlaşıb olsun sağ qolu.
Xanlara, bəylərə elçi göndərdi,
Mübarək məclisə buyursun dedi.
Nökərlər, naiblər başlayır işə,
Aşbazlar girişir xörək, biş-düşə.
Ağa bəy özü də Fərəhədən coşur,
Züm-zümə edərək nəğmələr qoşur.
«Qızıl üzük barmağımda lağladı,
Verdim onu, anam yara saxladı».
ZiyaFət pərisi durub yan-yana,
Bürünüb qız-gəlin al-qumaş dona.
Məclisə yaraşıq versinlər təki,
Ağa bəy Saraya baxır çəpəki.
Cavad xan, Sarı xan gəlir məclisə,
Çalıb-oxuyanlar dolur həvəsə.
Rəqqasə qızların şit oyunları,
Məsti-xumar edir bəylə-xanları.
Ağa bəy bəzəyib yetim Sarayı,
Nuruna qərq edir günəşi-ayı.
Döyülə-döyülə gəlir məclisə,
Hamı heyran qalır ondakı səsə.
Bir həsrət duyulur yanıqlı səsdə,
Elə bil oxuyur bülbül qəFəsdə.
Sarı xan bu səsdən məst olub çaşır,
Sarayı görəndə gözü qamaşır.
Cavad xan əlindən qədəhi salır,
Parlayan günəşdən sanki zövq alır.
Ehtiras hissləri oyanır birdən,
Şəhvət də güc gəlir, qalxır yerindən.
Əllərin uzadır Saraya sarı,
Səpir ortalığa qızıl pulları.
Xanın hərəkəti toxunur xana,
Hər biri əl atır qılınc-qalxana.
Ədavət toxumu səpilir burda,
Divanlar tutulur yazıq bu yurda.
Sarı xan çağırır, gəlsin O NƏPƏK,
Məni eşitməyib, o qozbel köpək?
Gizlində saxlamış niyə gözəli,
Ona qənim olar, onun əməli.
Bu gözəl layiqdir xanın taxtına,
Yazılsın xanımlıq onun baxtina.
Dəvə karvanını qatara vurun,
Hər dəvə belində kəcavə qurun.
Düzün gözətçini məxFi yollara,
Hökmə xayİn çıxan çəkilsin dara.
Sarayı saxlaram büllur sarayda,
Ona həsrət çəkər günəşdə, ay da.
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
0.025861024856567