Qəhrəmanlar unudulmur

Qəhrəmanlar unudulmur
 

Lənkəran Dövlət UniversitetindəZəfərŞəhid ailələrinə dəstək İB-nin təşkilatçılığı Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində təşkil olunanQəhrəmanlar unudulmuradlı tədbirə universitet rəhbərliyi, tələbələr, ziyalılar, şəhid ailələrinin üzvləri Qarabağ qaziləri qatılmışdı.

Azərbaycanın müstəqilliyi 30 il düşmən tapdağında olan Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman oğlanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanan tədbiri Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru, şəhid atası, dosent K. Kazımov açıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gənclərinin qazandığı böyük döyüş uğurlardan, ölkədə yaşanan yüksək vətənpərvərlik ab-havasından, Vətən müharibəsində gənclərin göstərdiyi fədakarlıqdan danışdı, Vətən şəhidlərin xatirəsinin daima xalqın yaddaşında əbədi yaşayacağını dedi. Sonra söz tədbirin moderatoru- “ZəfərŞəhid Ailələrinə Dəstək İB-nin sədri, aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanıma verildi: “Ölkədə Vətən uğrunda qurban gedən oğulların tanıdılması istiqamətində təşkilat çox əhəmiyyətli işlər görür. Şəhid ailələrinin üzvlərinə dövlət dəstəyi xalqın göstərdiyi ehtiram yüksəkdir. Respublikamızda 44 günlük Vətən savaşında xalqımızın qazandığı böyük Zəfər gənclərin vətənpərvərlik ruhuna böyük stimul veribdir”,-dedi.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, qazi Elçin Tağıyev, tələbələrdən Rəsul Rzayev, Tünzalə Hüseynzadə, Müjgan Babazadə isə çıxışlarında ölkədə, eləcə Lənkəran Dövlət Universitetində bu istiqamətdə aparılan işlərdən, qarşıda duran vəzifələrdən danışdılar.

 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

Paralel.az

0.018018960952759