"Gəlin Qaya" - 5-ci bölüm

 
 
Allahverdi Kərimoğlu: 
 
“GƏLİN QAYA” ƏSƏRİ ( 5 ci bölüm).
(maraqlıdı, bölmələri ardıcıl oxuyun)
Qarı tez tanıyır qoca kişini,
Söyləyir qarıya o keçmişini.
Qarı da dərdini gətirir dilə,
Axır yanağından yaş gilə-gilə.
Qatır öz səsini onun səsinə,
Tutur hıçqırığı hər kəlməsinə.
Əzizinəm aya bax,
Günüm keçdi, aya bax.
Balamı sel apardı,
Gözdən axan çaya bax.
Getdikcə kövrəlir qocalar belə,
Nalələr quş kimi üçur göylərə.
NiFrətlə yad edir ötən illəri,
Cavanlıq qayıtmaz bir daha geri.
Baxır bir-birinə qarıyla kişi,
Qalıb bir Allaha onların işi.
Çörəyi əlində tutub o qarı,
Uzadır kişinin ağzına sarı.
Dərd yeyib, qəm içən bu qoca kişi,
Yad edir zindanda yatan dərvişi.
Yadına düşdükcə dərvişin halı,
Dəyişir bir anlıq onun əhvalı.
Dərviş tək qocalıb düşmüşdü əldən,
Qaməti əyilib tale yükündən.
Bulayır başını o olsa da ac,
Ölərəm, heç kimə olmaram möhtac.
Kişi ah çəkərək qalxır ayağa.
Istəyir yollansın xaraba bağa,
Məsciddən ucalır «Allahu Əkbər».
Namazın vaxtını xəbər verirlər,
Xəyal dəryasına qərq ola-ola
«Cümə namazına» düşürlər yola.
 
davamını izləyin...
0.063868045806885