"Gəlin qaya" əsəri - 4-cü hissə
Allaahverdi Kərimoğlu:
(oxuyun maraqlıdı, məzmunun yadda saxlayın)
Uzadır əllərin göylərə sarı,
Hasilə yetişə son duaları,
Ümidlər bağlanmış haqq yollarına.
Min lənət yağdırır şərin goruna,
Ölkədə olmasa qanuna hörmət.
Xan-bəyi qazanar bolluca nifrət,
Bir xalqda olmasa birlikdən əsər.
Ölkə öz içindən dağaılıb gedər,
Yadların əlində olar oyuncaq.
Bəlalar gətirər bil qucaq-qucaq,
Dövrü-zəmanədən çəkib xəcalət,
Qocalar yağdırır xan-bəyə nifrət.
Niyə qəhərlənir qocalar hərdən?
Bəs niyə dad qılır, niyə göylərdən?
Nə imiş onların-nə imiş dərdi?
Allaha sığınıb pənah istərdi.
Dağ üstə dağ çəkib zaman onlara,
Bəxtləri gənclikdən gəlmişdi qara.
Axır gözlərindən acı göz yaşı,
Yağış tək isladır torpağı-daşı.
Yanıqlı-yanıqlı çəkir bayatı,
Yandırır naləsi eli-elatı.
Içində qəhərini o boğa-boğa,
Yayır bayatını yaxın-uzağa.
Əzizinəm gül ara.
Gül içində gül ara,
Gülün getsə əlindən,
Od içində kül ara.
Nəfəsin dərməyib qoca ah çəkir,
Şumlayıb dərdini sinədə əkir.
Tökülür çörəyin üstə göz yaşı,
Əyilir torpağa qocanın başı.
Çörəyi əyilib götürür qarı,
Əyilməz kişinin deyir vüqarı.
Kişinin dərdindən halı olunca,
Qarı dindirsə də dinməyir qoca.
Dərd yükü əymişdi onun belini,
Kəsdirmiş hökmdar vuran əlini.
Nə eldən-obadan qalmayıb əsər,
TayFalar dağılıb, olub dərbədər.
Davamını izləyin...