Pul verənlərin uşaqları üçün ayrı, pul verməyənlər üçün isə ayrı menyu...

Pul verənlərin uşaqları üçün ayrı, pul verməyənlər üçün isə ayrı menyu...
 
8 mart Beynəlxalq qadınlar günü ilə əlaqədar, Sumqayıt şəhəri 43 saylı Qağayı körpələr evi uşaq bağçası haqqında elektron ünvanımıza xoşagəlməz şikayət daxil olub. Şikayətdə bildirilir ki, 8 mart qadınlar bayramı ilə bağlı, Sumqayıt 43 saylı Qağayı körpələr evi uşaq bağçasında hər uşaqdan 30-40 manat pul tələb olunur.Belə ki, qanuna uyğun olmayan pul yığımına adət edən valideynlər 20 manatdan pul aparıblar, lakin tərbiyəçilər pulu qaytarıblar ki, bağçanın müdriyyəsi Mahirə xanım 30-40 manat istəyir.
Adının çəkilməsini istəməyən digər valideyn isə bunları qeyd edir:
“O müdirə hər ay valideynlərdən 30-40 AZN pul tələb edilir. 30 AZN yemək pulu, 10 AZN isə fond pulu üçün. Pul verən valideynlərin uşaqları üçün ayrı menyu verilir, pul verməyənlər üçün isə ayrı.
Artıq dəfələrlə qeyd olunduğu kimi uşaq məktəbəqədər müəssisələrinin İcra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq, Təhsil Nazirliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar yaratmışdır. Belə ki, bəzi bağça müdirələri bu yenilikdən də öz qanunsuz fəaliyyətlərini daha da genişləndirmək məqsədilə məharətlə yararlana bilirlər.
Paralel.az xəbər verir ki,  məlumatda qeyd olunur ki, Sumqayıt Qağayı 43 saylı körpələr evi uşaq bağçasında “aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, rəhbərlik etdiyi müəssisədə həyata keçirilən pul yığımlarının intensivliyini bir qədər də artırmışlar.
Müraciət edən iyirmiyədək valideyn bağçada qanunsuz olaraq pul yığıldığını, müəyyən edilmiş məbləği ödəməkdən imtina edənlərin övladlarına qarşı ayrıseçkiliyin qoyulduğunu söyləyirlər.
Bir sözlə Sumqayıt 43 saylı Qağayı körpələr evi uşaq bağçasında özlərinə sərfəli qanunlar hökm sürür.
Valideynlər saytımıza onuda bildirdilər ki, əgər bu müəssədə rüşvətin qarşısı tezliklə alınmasa Təhsil Nazirliyinin qarşısında nümayiş edəcəklər.
İnanırıq ki, Təhsil Nazirliyi sözügedən Müəssisədə hökm sürən rüşvətə son qoyacaq, müdriyyə Mahirə xanım sərt cəzalanacaq.
Mövzunu gündəm də saxlayacağıq…
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
(Mənbə: Xəbəral.az)
 
 
0.018630027770996