Zaporjiya AES-ini ukraynalılar idarə edir

Zaporjiya AES-ini ukraynalılar idarə edir
 

Paralel.az zn.ua-ya istinadən xəbər verir ki, rus işğalçıları Zaporjiya Atom Elektrik Stansiyasının perimetrinə nəzarət edirlər.

Martın 4-də rus işğalçıları Enerqodardakı Zaporojye atom elektrik stansiyasına hücum etdilər və birinci enerji blokunu atəşə tutdular. Hücum nəticəsində yaranan yanğın söndürülüb. İndi AES-in idarə olunması Ukraynanın əlindədir. Bu barədə RBC-Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenkonun telemarafon zamanı verdiyi açıqlamaya istinadən xəbər verir.

Eyni zamanda, onun sözlərinə görə, Rusiya hərbçiləri Zaporojye atom elektrik stansiyasının perimetrinə nəzarət edirlər. Amma Enerqodarda vəziyyət dinamik şəkildə dəyişir. .İndi Ukrayna Milli Qvardiyasının üç əsgərinin öldüyü məlumdur.

Xatırladaq ki, Zaporojye Atom Elektrik Stansiyasına nəzarət uğrunda işğalçılarla döyüşlərdə üç ukraynalı əsgər həlak olub, eyni sayda əsgər yaralanıb.
Akif Nəsirli

0.046396970748901