Lavrovun yeni nüvə müharibəsi bəyanatı

Lavrovun yeni nüvə müharibəsi bəyanatı
 

Paralel.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov belə bir açıqlama verib: “Təbii ki, həll yolu olacaq, buna şübhəm yoxdur. İçində olduğumuz şərtlər müzakirə olunur.
Bunlar ümumilikdə tərksilah yanaşması, Ukrayna torpaqlarında soyqırımın qarşısını almaq üçün xalqların öz müqəddəratını təyin etmələri ilə bağlıdır. Ukraynalılar öz müqəddəratlarını təyin etməlidirlər. Görünən odur ki, əvvəlki razılaşmalara əməl olunmur. Onların Atlantik və Avropa coğrafiyasında öz hüquqlarıma hakim olacağam münasibəti qəbuledilməzdir. Qərb bizim təhlükəsizliyimiz üçün nəyin lazım olduğunu müəyyən etməyə çalışır, biz buna imkan verməyəcəyik.
Bizim hərbi doktrinamız var. Burada nüvə silahı üçün şərtlər var. Nüvə müharibəsinə hazırlıq görülür, bəli, belədir. Zəhmət olmasa indiyə qədər olan izahatlara diqqətlə baxın. Birincisi, Stoltenberq sanki radikal qüvvələrə müraciət edərək “NATO-nun etmək istədiyi işin qarşısını heç kim ala bilməz, əgər biz Şərqi Avropa ölkələrinə raket yerləşdirmək istəyiriksə, heç kim buna mane ola bilməz” deyib.
3-cü Dünya Müharibəsi yalnız nüvə silahı ilə aparıla bilər. Qərb siyasətçiləri nüvə silahı və nüvə müharibəsi haqqında danışırlar. Nüvə müharibəsi ehtimalını Rusiya deyil, NATO və Ukrayna irəli sürür. Əgər bizə qarşı döyüşmək istəyirlərsə, bu haqda yaxşı düşünməlidirlər”.
Nigar

0.013739109039307