SWIFT-in təsir gücü VƏ əhatə dairəsi
SWIFT-in bir qurum olaraq insititsional anlamını izah etməyə yəqin ki, ehtiyac var. Sada dildə desək, pulun bir nöqtədən digərinə sərhədsiz göndərilməsinə imkan verən beynəlxalq maliyə strukturunun adıdır. SWIFT - Qlobal Banklararası Maliyə Rabitəsi Assosiasiyası abreviaturasıdır. SWIFT-dən çıxarılma həm ölkədaxili həm də ölkəxarici bank əməliyyatlarının pozulması anlamına gəlir.
SWIFT dünyada 200 dən artıq dövlətin 11 mindən çox bank və çeşidli maliyyə sferasındakı oyunçuların birləşdiyi bir ittifaqdır. Həmin 11 min işgüzar aktorlar biri-biriləri ilə bank əməliyyatını, xəbərləşməni, sifarişlərini bu sistem üzərindən həyata keçirirlər. Maliyyə qurum və quruluşları gün ərzindən bu sistem üzərindən 40 milyon mesajlaşma ilə biri-birinə 11 rəqəmdən ibarət kodlarla "danışırlar". Onların xəbərləşmə dilləri məhz həmin kodlardır. Əgər siz biznes tərəfdaşlarınızla bir məhsulu və xidməti alıb-satdığınız zaman SWIFT sizdən kod tələb edir. SWIFT-də siz olmadığınız təqdirdə o zaman da həmin kodu qarşı tərəfə ötürə bilmirsiniz və əməliyyat baş titmur bu sistemdən uzaqlaşdırılan zaman siz muxbir hesabdan istifadə edə və əməliyyat apara bilmirsiniz. Bu zaman sizə bir dövlət olaraq beynəlxalq səviyyədə zamanətlər verilməsi mümkünsüz hala gəlir.
SWIFT-dən çıxarılma təkcə bir bir dövlətin bank sisteminin çökməsinə aparan yol deyil, həm də iqtisadi sahədə tənəzzül elementlərinin güclənməsinə təkan verən faktordur. SWIFT-in həmin ölkə üçün söndürülməsi buna paralel olaraq qiymətli kağızların dəyər itirməsi, bank zəmanətlərinin zərbə altına düşməsi, hətta "soyuq pulların" ölkədən çıxması kimi çoxistiqamətli domino effekti yaradan izolyasiya siyasətidir.
Amma bir problematik məsələ isə bundan ibarətdir ki, SWIFT-dən Rusiyanın çıxarılması təkcə onu yox, Rusiyadan məsələn, neft-qaz alan tərəfdaş dövlətləri də "vuracaq". Onları təsirləndirəcək.
P.S. Yeri gəlmişkən onu da deyim ki, Rusiyada bütün banklar SWIFT-dən çıxarılmayıb.
İqtisadçı alim Məmməd Talıblı.
Paralel.az