Ürəklərdə yaşayanlar

Ürəklərdə yaşayanlar
 

Lənkəran rayonunun Ürgə kəndindən Teymur Cəlal oğlu Zamanov Birinci Qarabağ müharibəsində, polkovnik-leytenant Mehman Mirəziz oğlu Şirvanov, Araz Babəli oğlu İbadlı, Zabil Fikrət oğlu İbadzadə Natiq Balamirzə oğlu Mirzəhüseynov 44 günlük Vətən müharibəsində şəhid olublar . Doğma Vətən naminə göstərdikləri hünərləri tarixə qızıl hərflərlə yazılan bu igidlərə xalq qəlbində əbədi heykəl ucaldıb. Bununla bərabər onların şərəfinə doğulub boya-başa çatdığı Ürgə kəndində bulaq abidə kompleksi tikilibdir. Bu günlər bulaq abidə kompleksin açılışı mərasimi şəhid polkovnik-leytenant Mehman Şirvanovun doğum gününə düşdü.

Məlumat üçün bildirim ki, polkovnik-leytenant Mehman Şirvanov İkinci Qarabağ müharibəsində haqq savaşımızda erməni silahlı dəstələrinə qarşı qəhrəmanlıq vuruşaraq canını Vətənə fəda etmişdir. Hünər igidlik nümunəsi olan Lənkəran elinin zabit oğlu ölümündən sonraQarabağordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görəmedallarına layiq görülür.

Tədbir iştirakçıları abidə kompleksi önünə tər çiçəklər düzərək şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildirdilər. Çıxış edənlər şəhidlərin torpaq, yurd sevgisini, vətənpərvərliyini, üçrəngli bayraq məhəbbətini, düşmənlə savaş zamanı hünərlərini dilə gətirdilər . Lənkəran ŞİH başçısı Taleh Qaraşov isə çıxışında belə dedi :- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində erməni faşist ordusunu darmadağın edərək tarixi Zəfər qazandı. 30 ildən sonra xalqımızın qürurunu bütün dünyaya bildirən qələbənin əldə olmasında lənkəranlı gənclər xüsusi hünər göstərdilər. Qəhrəmanlıqla döyüşüb əsil vətənpərvərlər kimi doğma Azərbaycanın şərəfi naminə canından keçən oğulların igidliyi gələn nəsillərə əbədi nümunə olacaq. Həm hər bir gənc bu parlaq nümunəyə layiq olmaq üçün Vətəninə, xalqına dövlətinə sədaqətlə xidmət etməlidir. Rayonda şəhidlərin xatirəsinə göstərilən belə ehtiram gənc nəslin vətənpərvər ruhda böyüməsində misilsiz əhəmiyyət daşıyır.

Çıxışlar bitdikdən sonra İcra başçısı şəhidlərin ailə üzvləri doğmaları ilə bir daha görüşüb söhbət etdi, qayğıları ilə yaxından maraqlandı. Şəhidlərin ailə üzvləri onlara olan qayğı diqqətə görə dövlətə öz minnətdarlığını bildirdilər.

Tədbirin sonunda məktəblilərin ifasında səslənən Vətənə, şəhidlərə həsr olunmuş şerlər insan qəlbinə qürur gətirirdi.

Gün boyu davam edən mərasimin iştirakçıları Lənkəran ŞİH başçısı Taleh Qaraşov başda olmaqla , İcra aparatının rəhbər işçiləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, kənd ictimaiyyəti, eləcə Ürgə kənd tam orta məktəbinin müəllim, şagird kollektivi idi.

 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzv

Paralel.az

0.051233053207397