Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib

Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib
 

Ukrayna Prezidenti Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib.

Paralel.az UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb.

O, deyib ki, indi yəhudilərin baş verənlərə reaksiya bildirməsi çox vacibdir:

“Paytaxtımıza atılan raketlər göstərir ki, Rusiyadakı bir çox insana Kiyev tamamilə yaddır. Onlar paytaxtımız, tariximiz haqqında heç nə bilmirlər. Onlar bizim tariximizi, ölkəmizi silmək, hamımızı məhv etmək barədə əmr alıblar. İndi dünya yəhudilərinin səssiz qalmaması, baş verənlərə reaksiya bildirməsi çox vacibdir”, - deyə dövlət başçısı bildirib.
Akif

0.019734144210815