Füzuli rayonuna qanunsuz səfər edən iş adamı Sənan Hüseynov kimdir? - Araşdırma

Füzuli rayonuna qanunsuz səfər edən iş adamı Sənan Hüseynov kimdir? - Araşdırma
 
İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfər edən müğənni Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov həbs edildi.Bu həbs ölkə də böyük səsküyə səbəb oldu.Sosial media, adi sosialşəbəkə istifadəçiləri, sanki müğənni Manaf Ağayevdən acıqlı kimi görsənirdi. Bir sözlə Manaf Ağayevin həbs xəbəri, insanlarda, Daxili İşlər Nazirliyinə qarşı hörməti daha da artıtdı.
Sosial şəbəkə də yazılanlar ən çox bunu dedi: O da başqaları kimi müraciət edərdi, kollektiv halda təşkil olunan səfərlərə qatılardı.Artıq günlərdir ki, müğənni Manaf Ağayevin qanunsuz yolla işğaldan azad edilən Füzuli şəhərinə getməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müğənninin qanunsuz səfərini müşayət edən məşhur iş adamı da başqa bir müzakirə predmeti olub.
Xəbəral.az saytı müğənni Manaf Ağayevlə birgə həbs olunan Sənan Hüseynovla bağlı jurnalist araşdırması apardı. Sözügedən qanunsuz səfərə qədər iş adamı Sənan Hüseynov bu qədər məşhur deyildi.Kim olsursan ol, insan iki cür məşhurlaşır: Nifrətlə məşhurlaşanlar, hörmətlə məşhurlaşanlar. Düzünü desək Sənan Hüseynov 15 sutka həbsə qədər onu az adam tanısa da amma tanıyanlar yaxşılığından danışır.Bəs onu qanunsuz səfərə kim vadar edib? Niyə Sənan Hüseynov “dilə-dişə” düşdü?
Belə bir sual yaranır? Manaf Ağayev onu Füzuliyə qanunsuz səfərə dəvət edib, yoxsa o Manaf Ağayevi? Çox güman bu məsələlər iki dostun 15 sutka həbs müddəti bitdikdən sonra bəlli olacaq.
Bəs Sənan Hüseynov kimdir?
Paralel.az  xəbər verir ki, Mətbuatda yazılanlara görə 10-AA-307 dövlət qeydiyyat nişanlı bahalı avtomobil “MSDIS Holdıng” MMC-nin prezidenti Sənan Hüseynova məxsusdur. Elə bu olay və faktor da, şirkəti diqqət mərkəzinə gətirdi… Bəs sahibinin bahalı avtomobillə, nümayişkaranə şəkildə bəlli qaydaları pozan bu şirkət haqqında nə bilirik? Şirkət fəaliyyət istiqamətləri, kimə məxsusluğu və s. detallarla ölkə insanının maraq dairəsindədir… Bu səbəblər, eləcə də, redaksiyamıza daxil olmuş ilginc məlumatlar Xəbəral.az olaraq bizim üçün müəyyən araşdırmaları zərurətə çevirdi…
Rəsmi sənədlərdə belədir: Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MSDIS HOLDING” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 572 500.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, XƏTAİ PR, ev 34, qanuni təmsilçisinin isə Nağıyev Mirfəyyaz Oktay oğlu olduğu göstərilir
Sözügedən şirkətin fəaliyyət istiqamətlərinə nəzər saldıqda nələri görmüş oluruq? Son bir ildə “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında ən çox qalib elan olunan şirkətlərdən biridir. “MSDIS Holdıng” MMC daha çox “yolların əsaslı təmiri” üzrə keçirilmiş tenderlərdə qalib olub, satınalamalar yolu ilə dövlət sifarişi alıb.
Bu yollar hara aparır…?
Təkcə 2021-ci ildə müxtəlif rayonlarda yolların əsaslı təmiri üzrə “MSDIS Holdıng” MMC 10-dan çox tenderin qalibi olub. Bu sıradan bir qismini təqdim edirik:

Sumqayıt şəhərində “Karvan yolu” küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri

277.715 AZN – 25.05.2021

Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işlərinin satın alınması

2.020.503 AZN – 01.06.2021

Zaqatala rayonunda yolların əsaslı təmiri

542.113 AZN – 03.06.2021

Siyəzən şəhəri üzrə avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması

442.448 AZN – 07.07.2021

Xırdalan şəhəri ərazisində İlham Cəfərov küçəsinin asfaltlanması

130.127 AZN – 05.08.2021

Qəbələ rayonunda yolların təmiri

355.982 AZN – 11.08.2021

Abşeron rayonunda yolların təmiri

164.995 AZN – 03.09.2021

Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması

693.320 AZN – 10.09.2021

Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri

708.293 AZN – 18.10.2021

Qobustan şəhər küçələrində işıqlandırma sistemlərinin quraşdırılması

278.851 AZN – 22.10.2021

Abşeron rayonunda yolların təmiri işlərinin satın alınması

1.126.797 AZN – 22.10.2021

Abşeron rayonu Yolların təmiri işlərinin satın alınması ( II hissə)

59.917 AZN – 09.12.2021

Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumatlarda “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin (AAYDA) sədri Saleh Məmmədovla bağlılığından da bəhs olunur.

Araşdırmamız belə bir nəticə verir ki, MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti yol tenderlərində kifayət qədər gəlirlər əldə edib.

Bizim məqsədimiz şirkətin gəlir və çıxarlarını hesablamaq deyil.Bizə maraqlısı odur ki, müğənni Manaf Ağayevlə “dostluq” edən iş adamı Sənan Hüseynov 15 sutkalıq həbsdən sonra yollarını ayıracaq və yaxud yenə bu dostluq davam edəcək?

Bizə elə gəlir ki, 15 sutkalıq həbsdən sonra, iş adamı Sənan Hüseynovla müğənni Manaf Ağayevin iş birliyi və “dostluqu” dayanacaqdır. Ona görə ki, Manaf Ağayevlə birgə Füzuli rayonuna qanunsuz səfər edən iş adamı Sənan Hüseynovun iş imicinə böyük xələl gəldi. Ona görə ki, dövlətin bir çox tenderlərinə sahiblənən şirkət rəhbəri, bu cür qanunsuz səfər addımını atmamalı idi.

Yani həm dövlətin, həmdə insanların baxış bucağı tam fərqli dəyişdi.

Hüquq mühafizə orqanları bir daha sübut etdi ki, Azərbaycan da qanun hər bir vətəndaşı üçündür!

Xatırladaq ki, İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfərindən video paylaşan müğənni Manaf Ağayev və onunla birgə gedən iş adamı Sənan Hüseynov həbs edilib.

Daxili İşlər Nazirliyindən Xəbəral-a verilən məlumata görə, onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
(Mənbə: Xəbəral.az)
 
 
0.011492967605591