Eurovision-2016 qalibi Camala Ukraynadan Rumıniyaya sığınıb

Eurovision-2016 qalibi Camala Ukraynadan Rumıniyaya sığınıb
 

Paralel.az xəbər verir ki, Eurovision - 2016 qalibi Camala Ukraynadan Rumıniyaya sığınıb: ““Eurovision 2016”nın qalibi Krım türkü sənətçi Camala iki uşağı ilə Ukraynadan Rumıniyaya sığınıb. Sosial media hesabında paylaşım edən Camala deyib: “24 fevral axşam Kiyevdən uşaqlarım üçün yola düşdüm. Ukrayna böyük, gözəl və müstəqildir”.
Sosial media hesabından paylaşım edən Camala deyib: “Rusiyadan gələn işğalçıların Ukraynaya hücumundan 5 gün keçir. 24-də gecə uşaqlarla birlikdə Kiyevdən çıxdıq. Demək olar ki, 4 gün maşında düzgün yemək yemədən keçirdik. 4 saata təxminən 2 kilometr irəliləyə bildik. “Niyə?” deyə soruşa bilərsiniz. Bəli, milyonlarla qadın və uşaq hər şeyi, evlərini tərk edir.
Ən əsası, bu qanlı terroru anlamıram. Bu, tam olaraq terrordur. Bu terror məni Kiyevdəki evimdən qovdu”.
Nigar

0.016050100326538