Xalq artisti Əlibaba Məmmədov Fəxri Xiyabanda dəfn olunacaq

Xalq artisti Əlibaba Məmmədov Fəxri Xiyabanda dəfn olunacaq
 

 

Xalq artisti Əlibaba Məmmədovun dəfn yeri məlum olub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Xalq artisti bu gün saat 13:00-da I Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xalq artisti ötən gün vəfat edib.

O, 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

Xatırladaq ki, bir müddət əvvəl Xalq artistinin oğlu Seyran Məmmədov da vəfat edib.

Paralel.az

0.015626907348633