Çernobılda nə baş verir?

Çernobılda nə baş verir?
 

Paralel.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdən 110 kilometr aralıda yerləşən Çernobıl Atom Elektrik Stansiyasının rus əsgərlərinin nəzarətinə keçməsindən sonra gözlər 1986-cı ildə dünyanın ən böyük nüvə fəlakətlərindən birinə səhnə olan stansiyaya çevrilib: “Sonuncu işləyən reaktor 2000-ci ildə bağlansa da, reaktorun tamamilə bağlanması və nüvə sızıntılarının aradan qaldırılması üçün araşdırmalar davam edir.
Ukrayna prezidenti Vladimir Zelenski axşam saatlarında Rusiya qüvvələrinin Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə cəhd etdiyini açıqlayıb.
Zelenski Twitter hesabından verdiyi açıqlamada 1986-cı il faciəsinin bir daha yaşanmaması üçün stansiyanın mühafizəçilərinin canlarını verdiklərini qeyd edərək, “Rusiya işğalçı qüvvələri Çernobıl elektrik stansiyasını ələ keçirməyə çalışır. Bu, bütün Avropa üçün müharibə elanıdır” deyib.
Ukrayna Prezident Aparatı rəhbərinin müavini Mixail Podolyak isə dünən saat 21.45-də Rusiya qüvvələrinə qarşı Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti itirdiklərini açıqlayıb.
Rusiyanın hücumundan sonra stansiyanın təhlükəsiz olduğunu söyləməyin qeyri-mümkün olduğunu bildirən Podolyak bunun Avropa üçün ən böyük təhlükələrdən biri olduğunu bildirib.
Çernobıl AES dörd reaktordan ibarətdir və sonuncu reaktor 15 dekabr 2000-ci ildə bağlanıb. Bir reaktor bağlandıqdan sonra qalıqların tamamilə bağlanması və məhv edilməsi onilliklər çəkir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) paylaşdığı məlumata görə, sonuncu reaktorda iş prosesinə oradakı yanacaq və tullantıların çıxarılması və utilizasiyası, həmçinin obyektin və onun ətraf ərazisinin, o cümlədən torpaq və suyun tam təmizlənməsi daxildir.
Dördüncü reaktor hazırda nüvə sızmasının və radiasiyanın qarşısını almaq üçün nəhəng metal günbəzdə yerləşir. Reaktor partlayışının uzunmüddətli təsiri hələ də qızğın müzakirələrin mənbəyi olaraq qalır”.
Nigar

0.02364182472229