İranda ucuz satış etdiyi üçün marketi bağlaladılar

İranda ucuz satış etdiyi üçün marketi bağlaladılar
 

Paralel.az xəbər verir ki, İranın Yəzd şəhərində vətəndaşın bildirdiyinə görə, super marketlərdən biri məhz digər marketlərlə müqayisədə malları daha ucuz qiymətə satdığı üçün məmurlar tərəfindən fəaliyyəti dayandırılıb.

"Azad İran" Telegram kanalı xəbər verir ki, bu barədə "iranianuk" xəbər saytı məlumat yayıb.

"Çətin iqtisadi vəziyyətdə və koronavirus dövründə bu mağazada malların qiymətləri başqa yerlərə nisbətən çox münasib və ucuz idi, lakin Səhiyyə İdarəsi bu mağazanı sıxlıq bəhanəsi ilə bağlayıb", - deyə bir xanım bildirib.

O, sonda qeyd edib ki, bu kimi hadisənin baş verməsi çox düşündürücüdür və belə bir bəhanə ilə hər hansı bir mağazanın bağlanması indiyə qədər çox az görünüb.
Akif

0.031980991363525