Bakı-Qazax yolunda ağır qəza: Səkkiz nəfər... - FOTO

Bakı-Qazax yolunda ağır qəza: Səkkiz nəfər... - FOTO
 

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Paralel.az  xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, “Ford” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar təcili yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

(Mənbə: Report.az)

 

0.024051904678345