Təhsil naziri Emin Əmrullayev bu məsələyə İZAHAT VERMƏLİDİR - İntihara cəhd faktı ətrafında QALMAQAL...
Paralel.az DAY.az-a istinadən bildirir ki, "Abşeron rayonu Məmmədli kənd orta məktəbinin direktoru Hüseynova Könül Vaid qızı məktəbdə baş verən intihara cəhd faktını ört-basdır etməyə çalışır. Məktəbdə baş verən hadisə ilə bağlı mediada yayılmış məlumatları xahiş, tanışlıq hesabına sildirməyə müvəffəq olan direktor yaman əl-ayağa düşüb. Məktəb şağirdləri və eləcə də valideynlər tərəfindən sosial şəbəkələrdə yayılmış faktlarla bağlı statusların altında yazılan direktorun tərifnamələri səngimir".
Məqalədə daha sonra bildirilir: "İndi isə baş vermiş hadisəni təsdiq edən və xəsarət alan şağirdin özündən danışaq. Quliyev Allahverdi Qalib oğlu özünün yaza bilmədiyi mətn ilə sosial şəbəkədə açıqlama verib ki, direktordan şikayətçi deyil.
Çox acınacaqlı haldır ki, qolu qırılıb, başı yarılan şagirdin valdieyni bir sıra vasitələr ilə susdurulub. Əgər bir şagird pəncərədən özünü atırsa və pəncərə kifayət qədər hündürlükdədirsə bu artıq intihara cəhd sayılır. Axı ordan düşəndə öləcəyini bilə-bilə niyə özünü aşağı atasan?! Bu şagirdin psixologiyası ilə bağlı heç bir psixoloq rəyi yoxdur. Əgər şagirdin dəli olmasına dair sənədi varsa direktor onu niyə normal şagirdlərin içərisinə hansı formada buraxa bilib?!...
Demək ki, bütün olanların arxasında məsuliyyətsizlik, rüşvətxorluq, vəzifədən sui istifadə etmə kimi hallar durur.
Araşdırmalarımıza görə şagirdin məktəb təhsili çox zəifdir və bu konteksdə yazını yazması mümkün deyil. Nəzərə alsaq ki, bu yazı direktorun himayədarları tərəfindən yazılıb və şagirdlər məcburi şəkildə rəy yazmağa məcbur edilir. Demək ki, direktor səksəkədədir. Əgər onun günahı yoxdursa bəs onda direktor nədən qorxur?
Onu bağışlamaq olarmı?
Oxucuların nəzərinə çatdıraq ki, nə müəllimlərin nə də şagirdlərin davranış qaydalarında məktəbin pəncərəsinə çıxmaqla bağlı bir müddəa yoxdur. Pəncərə şagird arenası deyil və ordan yıxılan şagirdə görə nəzarətsiz qalan sinfin müəlliməsi, bundan xəbəri olub göz yuman direktor günahkardır. Sosial şəbəkələrdə şagirdin ehtiyatsızlıq edib yıxıldığına dair şərhlər direktor tərəfindən mütəmadi olaraq yazdırılır. Pəncərə ehtiyatsızlıq etmək yeridir? Bəlkə məktəbdə uşaqlara pəncərə sildirirlər xəbərimiz yoxdur? Direktorun məsuliyyətsizliyi ucbatından o pəncərədən ehtiyatsızlıq edib neçə şagird yıxılacaq?
Bəs neçə şagird bundan sonra sağ qalacaq?
Faktla bağlı ümüd edirik ki, Təhsil Nazirliyi və cənab nazir Emin Əmrullayevin lazım olan qərarı verəcək. Günahkarlar cəzalanacaq
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan mediasında bununla bağlı informasiya yayılmışdır.
Məlumatda bildirilib ki, ötən ilin dekabr ayının 24-ü nəzarətsiz qalan növbəti sinifdə hadisə baş verib.
Məktəbin 9-cu sinif şagirdi Quliyev Allahverdi Qalib oğlu özünü məktəb binasının pəncərəsindən ataraq intihara cəhd edib. Şagirdi Sabunçu xəstəxanasına çatdırırlar. Nəticədə şagirdin yuxarı ətraf sınığı (qolu sınıb), kəllə beyin travması alması həkimlər tərəfindən müəyyən olunub. Nəzarətsiz qalan şagirdin başına gələn hadisə ilə bağlı aidiyyatı olan polis bölməsinə məlumat verilib.
Bundan sonra Könül Hüseynovanın Bakı Şəhər Baş Polis İdarəsində çalışan həyat yoldaşı Hüseynov Mirilkin Mirqədir oğlu öz vəzifə səlahiyyətlərindən istifadə edərək dərsinə gəlməyən müəlliməni və həyat yoldaşı olan direktoru vəziyyətdən qurtarmaq üçün işi ört-basdır edib. Dərsə gəlməyən müəllimənin dindirilməsi məsuliyyətindən azad olunmasına nail olublar valideyni susdurublar. Direktor da öz növbəsində heç bir aidiyyatı orqana hadisə ilə bağlı məlumat verməyib.
Faktı təsdiqləyən şagirdin yazısını da sizə təqdim edirik":
İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...