AAK-ın sədri Famil Mustafayevin "bazarını" müəllim bir faktla ifşa etdi - Doktorluq diplomunu sədr 30 min manata satır...

AAK-ın sədri Famil Mustafayevin
 

Ramiz Mehdiyev və Əli Həsənovun köməyilə Dövlət Texniki Peşə Agentliyindən birbaşa Ali Attestasiya Komissiyasının sədr kreslosuna tullanan Famil Mustafayev təşkilatda rüşvət rüzgarı əsdirir.

Mətbuat üzərindən apardığımız bu yazıda keçən il Gəncə Dövlət Universitetinin “Təhsilin pedaqogikası və metodikası” kafedrasının dosenti Ziyafət Vilayət qızı Bayramova  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə müraciət edib.

Həmin müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!
Mən Gəncə Dövlət Universitetində baş verən bir özbaşınalıqla bağlı sizə məlumat vermək istəyirəm. Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinin hazırki dekanı Apoyev Bayram Fəti oğlu 20 ildir ki, dekan işləyir. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun cografiya ixtisasını  bitirin, orta məktəblərdə biologiya və coğrafiya müəllimi işləyib. İndi isə GDU-nun “Pedaqogika” kafedrasının dosenti və pedaqoji fakültənin dekanıdır.

O, professor Akif Abbasova pul verərək özünə doktorluq dissertasiyası yazdırıb. Maraqlıdır, hal-hazırda görkəmli filoloqlar Nizami yaradıcılığında nəyi isə axtarıb tapa bilmirlər, çünki bu böyük şairin irsi ətraflı tədqiq olunub. Coğrafiya müəlliminin doktorluq dissertasiyasının mövzusu isə Nizami Gəncəvinin yaradıcılığı ilə bağlıdır. B. Apoyev hazır dissertasiya işi tapa bilmədiyinə görə, elmi şurada müzakirə olunmadan doktorluq dissetasiya işinin adını bir neçə dəfə dəyişdirib.

B. Apoyev elmi yaradıcılıq məzuniyyətində və hətta bir dəfə belə kitabxanada da olmayıb. Maraqlıdır, görəsən, elmi-tədqiqat işini B. Apoyev harada aparıb? Bu şəxs iş vaxtını daim tələbələrdən rüşvət yığmağa sərf edir. Dekan işlədiyi 20 illik fəaliyyətini o, yalnız tələbələrdən rüşvət yığmağa həsr edib. B. Apoyevin tələblərdən rüşvət yığmaqdan heç başı açılıb ki, elmi-tədqiqat işilə məşğul olmağa vaxt tapsın?!

Cənab Prezident!

Bayram Apoyev özü dəfələrlə etiraf edib ki, “Ali Attestasiya Komissiyasında mənim yaxın adamım var, ona 30.000 manat vermişəm, işimi ekspertdən də keçiriblər, kim istəsə ona da kömək də edə bilərəm. Ali Attestasiya Komissiyasındakı yaxın adamım məndən 30.000 manat pul alıb istənilən doktorluq dissertasiyasını təsdiq elətdirir”.

Bayram Apoyevin dediyinə görə, o, guya belə bir kitab yazıb: “Heydər Əliyev və Nizami Gəncəvi”. Halbuki, bu kitabı ona pul müqabilində professor Mübariz İmran oğlu Yusifov yazıb. İndi də Bayram Apoyev deyir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, professor Əliyev Ramiz İbrahim oğlu və İbtidai təhsil  fakültəsinin dekanı, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov mənim yaxın dostlarımdır. Onlar mənə söz veriblər ki, yaxın günlərdə doktorluq dissertasiyamı təsdiq etdirəcəklər.

Bayram Apoyevin plagiat sözündən xoşu gəlir. Onun yazdığı kitablar müxtəlif alimlərin kitablarından köçürmə olduğu kimi, plagiat kitablara da özü plagiat rəy verib. Məsələn, Bayram Apoyevin müavini İlqar Haqverdiyevin və GDU-nun “Bədən tərbiyəsi və idman” kafedrasının sabiq müdiri Ağayev İlham Mansır oğlunun  birgə həmmüəllifliyi ilə ərsəyə gətirdikləri “Fiziki tərbiyə dərslərinin təşkili və keçirilməsi metodikası” dərsliyi kimi.

Sözügedən dərs vəsaitinin orijinal variantını – “Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərin əsasları” kitabını yazıb ərsəyə gətirən Azərbaycan Pedaqoji Universitetin dosenti, pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman işçisi”, SSRİ idman ustası Baloğlan Quliyevdir. Hazırda həmin dərs vəsaiti Prezident  kitabxanasındadır. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 fevral 2010-cu il tarixli, 202 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş bu kitab 2009-cu ildə Bakıda, ADPU-da işıq üzü görsə də, sonradan, daha dəqiqi, 2016-cı ildə GDU-nun müəllimləri – İlham Ağayev və İlqar Haqverdiyev həmin kitabdan plagiatlıq yolu ilə yeni bir dərs vəsaiti “ərsəyə gətiriblər”. Bu kitaba müsbət rəy verən də elə Bayram Apoyevdir..."

Əziz oxucular, Bayram Apoyevin elmi işi barədə GDU-nun müəllimi Ziyafət Bayramovanın müraciətində göstərilən qanunazidd hallar ölkəmizin elm aləmini bazara çevirmiş AAK sədri professor Famil Mustafayevin fəaliyyətinin səciyyəvi xüsusiyyətləridir.

Züleyxa

P. S. Yazı media üzərindən aparılmış araşdırma ilə hazırlanıb.

0.080683946609497