Şagirdlərdən mobil telefonlar yığılacaq?
“Məktəblərdə şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir. Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir”.
Paralel.az xəbər verir ki, bunu açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
“Ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, bunu mümkün hesab edirəm" – E.Əmrullayev qeyd edib.