Qabırğadan yaranması qadının xarakterinə belə, təsir edir

Qabırğadan yaranması qadının xarakterinə belə, təsir edir
 

Qabırğadan yaranması qadının xarakterinə belə təsir edir
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21.
Ayədən göründüyü kimi, Allah qadını dostluq, sevgi və məhəbbət üçün yaradıb. Təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Təəssüflər olsun ki, bəzi kişilər yaradılış qanunlarını anlamaqda və qadınları dəyərləndirməkdə çətinlik çəkdiklərindən bir çox hallarda qadınların döyülməsi hallarına rast gəlirik. Belə kişilərə Həzrət Peyğəmbərimizin bir tövsiyyəsini xatırlatmaq istəyirəm:
Bir qadın Həzrət Peyğəmbərin hüzuruna gəlib, ərinin hər gün onu döyməsindən şikayət etdi.
Məhəmməd əleyhissəlam qadının ərini yanına çağırıb, nə üçün həyat yoldaşını döydüyünü soruşur.
Kişi arvadının hər işinin yaxşı olduğunu, amma bir nöqsanlı vərdişini tərgitdirmək üçün onu tez-tez döysə də, bu xasiyəti tərgidə bilmədiyini deyir.
Peyğəmbərimiz bunun səbəbini belə izah etdi:
- Yadında saxla ki, kişi (Adəm) torpaqdan, qadın (Həvva) isə, kişinin qabırğasından yaranıb. Qabırğanın bir başında olan əyrilik qadının hansısa bir xasiyyətində özünü mütləq büruzə verir və döyməklə düzəldilməsi mümkün deyildir. Sındırıb, xarab edərsən. Sən çalış bu nöqsanın üstünü örtəsən ki, kənardan görünməsin.
İmam Sadiqdən söylənən bir hədisdə isə belə deyilir: “Həzrəti İbrahim (ə) Saranın xasiyyətinin pisliyindən Allaha şikayət etdi. Allah ona vəhy göndərdi ki, qadın əyri qabırğa kimidir. Əgər əyib düzəltmək istəsən, sınar. Əgər toxunmasan, sənə fayda verər. Buna görə onunla səbirlə rəftar et".
Allahın və Onun Peyğəmbərinin verdiyi bu izahdan və tövsiyyədən bütün kişilər ibrət almalıdırlar. Yəni, öz qadınlarının nöqsanını qabartmağa yox, üstünü örtəyə çalışmalıdırlar.
“Quran-Kərim”in “Qadınlar” surəsinin birinci ayəsinəd Allah-təala yaradılış haqda belə buyurur:
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!”

Paşa Yaqub - həkim, elmi-lədun bilicisi

Paralel.az

0.011852979660034