Şəhid bulağı

Şəhid bulağı
 

Müşfiq İlyas oğlu Cəfərov Birinci Qarabağ müharibəsində torpaq uğrunda şəhid olmuşdur. 20 illik ömrünə qəhrəmanlıq, mərdlik yazılan bu Vətən oğlu dağlar diyarı Lerik rayonu, Monidigah kəndində dünyaya göz açmışdı. El-oba öz Vətən sevdalı igid oğlunu qəlbində yaşatmaqla onunla fəxr edirlər.

Monidigahlılar kəndin ən yaraşıqlı guşəsində öz qəhrəman oğlunun əziz xatirəsinə ehtiram əlaməti olaraq bulaq tikiblər . Bulağın açılışı oldu.

Mərasimə Rayon İcra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev başda olmaqla, rayon mədəniyyət və kənd folklor evinin işçiləri, kənd sakinləri, eləcə də məktəblilər qatılmışdı . Çıxış edənlər şəhid İlyas Cəfərovun erməni faşistlərinə qarşı göstərdiyi qəhrəmanlıqdan, Vətənə, torpağa sevgisindən qürurla danışdılar və bildirdilər ki, milyonların ürəyində özünə əbədi məkan quran İlyasın qısa, şərəfli ömür yolu gələn nəsillər də həyat məktəbi olar.

Sonra ziyarətçilər şəhid bulağına gül dəstələri düzdülər, məktəblilərin ifasında Vətəni, şəhidləri vəsf edən şerlər səsləndi.

Müşfiq Cəfərov 13 aprel 1974-cü ildə anadan olub. Orta təhsilini kənd məktəbində alıb. 26 yanvar 1994-cü ildə qəhrəmancasına şəhid olub, şəhidin nəşi doğulub, boya-başa çatdığı Monidigah kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

0.021537065505981