O heykəlin önündə ayaq saxlayın!

O heykəlin önündə ayaq saxlayın!
 

Acı həqiqət: Bakının baş memarı olub bir şəhər qurasan sonra sən məcburiyyətdən özünü öldürəsən,  məzarını da iki dəfə dağıtsınlar, məzarın da tapılmaya ..Yaratdığı Bakı  da  üstündə tikilən Heydər Əliyev adına parkların heykəllərin altında qalsın ...

Bakını  Roma kimi dağıdan, Neronu da keçən   Hacıbəla indiki BŞİH-nin başçısı onu tanıyırmı?!

... Bu da bizik.?!

Sabah Azərbaycan Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı  olmuş Zivər bəy Gəray bəy oğlu Əhmədbəyovun özünü öldürdüyü gündür.

Zivər bəy Əhmədbəyov 1873- ildə Şamaxı şəhərində doğulub Bu gün Bakını bəzəyən, Avropa Şərq memarlıq ənənələrini özündə birləşdirən, dərin məzmunlu arxitekturası, möhtəşəmliyi ilə gözoxşayan bir çox tikililər məhz onun adı ilə bağlıdır. Onun yaradıcılıq izləri nəinki Bakıda, həmçinin Şamaxıda, Vladiqafqazda naxışlanıb, əbədi sənət karvanına qoşulub.

Göyçayda məscid, Şamaxıda İmam məscidi, Cümə məscidi, Bakıda Göy məscid, Səadət məktəbi, Mixaylovski xəstəxanasının bir korpusu, Uşaq xəstəxanası, həmçinin Bakı Şamaxıda bir sıra yaşayış evləri onun layihəsi əsasında tikilib.

Təzəpir Məscidi isə Zivər bəy Əhmədbəyovun şah əsəri hesab edilir. O zaman  Bakı qubarniyasının Dini İşlər İdarəsindən Zivər bəyə ciddi xəbərdarlıq edilir ki, Təzəpir məscidi yaxınlıqda yerləşən xalq arasındaQızıllı kilsəadlanan Aleksandr Nevski kilsəsindən hündür olmamalıdır. Beləliklə, Zivər bəy hazırladığı layihədə bəzi dəyişiklər etmək məcburiyyətində qalır.

Beləliklə, İmperiyanın üzü müsəlman dindarlara qarşı münasibətdə özünü bu şəkildə göstərir.

 Bundan başqa Zivər bəyin layihəsi əsasında Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən məşhur Əjdər bəy məscidi ərsəyə gəlib. Doğrudur ,məscid dövrün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyovun vəsaiti ilə inşa edilib. Zivər bəy Əhmədbəyovun Bakı milyonçusu Murtuza Muxtarovun sifarişilə Əmircan kəndində tikdirdiyi iki minarəli məscid Abşeronun nadir sənət nümunələrindən sayılır. Əvvəllər bu məscid Azərbaycanın ən hündür minarəli məscidi hesab olunurdu. Minarələrin hündürlüyü 40 metrdən artıqdır.Memarın Əmircanda tikdiyi məscid  Şərq memarlığının ən yaxşı incilərindən biri kimi qorunur.

 Düşünürəm ki, Zivərbəyin dünyagörüşünün formalaşmasında Ə.Xaqani, S.Ə.Şirvani, A.Səhhət, M.Ə.Sabir kimi ədiblərin vətəni olan qədim Şamaxı böyük rol oynayıb. Belə ki,  Şamaxı zəlzələsindən sonra buradakı Cümə məscidi dağılır ...Cümə məscidinin yeni layihəsini hazırlayan Zivər bəy onun üzərində son dərəcə gözəl bir memarlıq nümunəsi yaratmağa nail olur . Sonradan Şamaxı qırğınları zamanı erməni qaniçənlərinin əlindən qaçıb bu məscidə sığınanaları od vurub didi-diri yandıran daşnaklar top gülləsi ilə məscidin 4 minarəsini uçurublar Lakin ümumilikdə bütövlükdə Cümə məscidi salamat qalır.Zivər bəy burada kitabxana da tikdirir Hələ o vaxtlar dövrünün görkəmli şairi olan Mirzə Əlkəkbər Sabir Şamaxı kitabxnasının yaradılmasını Zivər bəyin ən xeyirxah işi kimi qiymətləndirib.

Zivərbəy Əhmədbəyov öz işində Azərbaycan xalq memarlığının Şərq Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirib. 1917-ci ildəİslam incəsənəti abidələrinin həvəskarları mühafizləri cəmiyyətini yaradıb. 1919-cu ildə Şamaxının bərpası üçün Yeni Şirvan cəmiyyətini təşkil edib

Əsrin əvvələrində rus-erməni fitnəsi ilə Azərbaycanın görkəmli ziyalılarını məhvetmə siyasəti həyata keçirirldi. Bu, Zivər bəy Əhmədbəyovdan da yan keçmədi...  İntihar etdiyi illərdə vəziyyətin necə olduğunu hər kəsə məlumdur. O, qətiyyən Sovet hökumətini qəbul etmirdi. O, Almaniyaya, Fransaya getmişdi oranın yaşayış tərzi ilə tanış idi. Gəldikdən sonra Sovet hökumətinin qərarları ilə razılaşmırdı. Ona görə tez-tez aralarında toqquşmalar baş verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra həm   ermənilər tərrəfindən daimi təqibə məruz qalan Zivər bəy belə bir şəraitdə işləməyin mümkünsüzlüyünü Respublika rəhbərliyinə bildirir. nəhayət etiraz olaraq 1925-ci ilin 16 fevrel tarixində Çəmbərkənddə yerləşən evində özünü güllələyir...

 Çəmbərəkənddə evinin yanında dəfn olunan Zivər bəyin məzarı  rahatlıq tapmır. 1931-cu ildə isə hökumətin qəbul etdiyi qərarla Çəmbərəkənd qəbirstanlığı dağıdılır. Məzarların üstündə park salınır  Semyon Mironoviç Kirovun nəhəng heykəli ucaldılır. Zivər bəyin yeganə övladı Firəngiz xanım atasının məzarını başqa yerə köçürsə , tezliklə o yerdə Fəxri Xiyabanın tikintisi üçün köhnə qəbiristanlıq alt-üst edilir..sonralar isə unudulur Zivər bəy Əhmədbəyovun məzarı itərək torpağa qarışır

Allah rəhmət eləsin...

Sözardı: "Nizami"metrosundan çıxanda onun heykəli önündə bir ayaq saxlayın...O, buna layiqdir Bu  gün üstündə gəzdiyimiz Bakının Baş memarının heykəlidir.

0.026240110397339