Xocalı faciəsinin 30-cu ildönümü 
ilə bağlı tədbir keçirildi

Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirildi
 

15 fevral 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Sarıxanlı kənd diyarşünaslıq klubunda mədəniyyət işçilərinin kənd ziyalılarının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2022-ci il tarixli sərəncamına əsasən Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı olaraq tədbir keçirildi. Tədbirdə Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları çıxış edərək tarixin ən qəddar cinayəti hesab edilən Xocalı faciəsinin təşkılatçılarının vandal hərəkətlərini kəskin pislədilər.

Tədbirdə iştirak edən məktəblilər Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər.

Rejisor Vahid Musatafayevin 2012-ci ildə lentə aldığıXocafilmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Şahnaz Salehqızı

Paralel/az

0.015564918518066