Elm, eşq və əlillik

Elm, eşq və əlillik
 
 
Mətanət Tağıyeva:
 Dünən cənab İlham Əliyev tələbələrin Prezident təqaüdünü 210 AZN-dən 250-yədək artırdı. 25-30 il əvvəl əlaçı tələbələrin fərqlənmə haqqı cəmi 2 “Məmməd” (40 qəpik) təşkil edirdi, üstəlik bizə əlilliyə görə 9 “Məmməd” (1 manat 80 qəpik) verirdilər. Bir çimdik əngəlli tələbə və aspirant dərdlərini əlil QHT rəhbərlərinə danışanda onlar qulaq dartıb eşitmək istəmirdilər. Şəhid hərbçi ömrü qədər sürən intizara DOST Agentliyi keçən mart guya son qoyub əngəlli alimlərin mükafatlandırılması barədə inboksa müjdələr yazırdı. Sənədləri kimə göndərək? Bir vaxt elmi rədd edən Əlil Qadınlar Cəmiyyəti Sədri Məhluqə Rəhimovaya.
Dünən "Sevgililər günü" qeyd edildi. Fiziki məhdudiyyətli insanların "Facebook"da sızıltılarına rast gəldim. Hökumətimiz üçün vəziyyət heç də ağlamalı deyil axı! Əlillərin çox qismi sevgisiz, yarsız, canansız deyil. Elə həmin Məhluqə xanım həyat yoldaşı Davud Rəhimli ilə uzun illərdir həssasların iniltisi üzərində can deyib, can eşidir. Rəhimovlar üç-dörd kəmsavad şikəst qız-xanımı kiminləsə calaşdırmaqla, bir o qədər də oğlana nisbətən sağlam qız tapmaqla missiyalarını bitmiş hesab edirlər. Nə olsun ki, bu ər-arvad çox gözəl dərk edir ki, qanunyazanlara təsir göstərmək QHT üçün, fərdlərdən fərqli olaraq daha effektlidir. Yeni nəsil ziyalı şikəstlər Davud-Məhluqə cütlüyünə və digər fərasətli QHT-lərə yaltaqlanmasa onları da bizim aqibətimiz gözləyir.
Əlillyi olan elmi işçilər və yaradıcı insanlar hazırda aşağıdakı məhrumiyyətlərə məhkumdur:
1. Evin başına uçulur? Küçədə qalmamısan ki! – İpotekanı ağlına gətirmə!;
2. Maaş alırsan. Acından ölmürsən ki – Büdcənə zərərli yaradıcılığı at kənara!;
3. Deyirsən ki, özünü güclə dolandırırsan. Niyə ailə qurub oğul-uşaq sahibi olmaq istəyirsən? – Başını sal aşağı, plan işini necə gəldi ver!;
4. Sosial şəbəkə və messenger-lər olan yerdə ünsiyyət qıtlığından niyə gileylənirsən? Park-zad nədir e! – Gözün gürmür. Müxtəlif qoxulu “osvejitel” fısqırt, bu da sənin bulvarın!
Bunu isə hələ demirlər, desələr, şoka düşmərəm: “Seksin yoxdur? İndi o qədər ucuz və təhlükəsiz “iqruşka” var. Al, özünü təmin elə”.
Ondan da şoka düşmərəm ki, bu il 60 illik yubileyini qeyd edən əlil Məhluqə Rəhimova həssas qadınların sosial rifahında "müstəsna xidmətlərinə" görə yüksək dövlət mükafatına layiq görülsün.
Paralel.az
0.020822048187256