Yüksək qiymətlər Azərbaycanın qaz satışından gəlirlərinə təsir edib

Yüksək qiymətlər Azərbaycanın qaz satışından gəlirlərinə təsir edib
 

 

2021-ci ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin yanvar ayında Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli yatağından əldə etdiyi gəlirlərin artmasına səbəb, AÇG layihəsi üzrə dövlətin payına düşən mənfəət neftinin satış qiymətinin əhəmiyyətli dərəcədə artmasıdır.

Bu barədə Dövlət Neft Fondundan məlumat verilib. 

Bildirilib ki, neftinin satış qiymətinin əhəmiyyətli dərəcədə artması nəticəsində Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına uyğun olaraq layihə üzrə dövlətin mənfəət payının formalaşdırılması mexanizmində dövlətin payına düşən mənfəət neftinin miqdarının artması olub.

Əlavə edilib ki, “Şahdəniz” layihəsi çərçivəsində tərəflər arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlərin müddəalarına uyğun olaraq, müəyyən şərtlərin tətbiqi nəticəsində layihə üzrə Neft Fonduna ödənilən dövlətin qaz gəlirləri 2021-ci ilin yanvar ayında 2022-ci ilin analoji dövri ilə müqayisədə az olub:

“Müvafiq dövr üçün gəlirlərin artmasına digər səbəb, dövlətin payına düşən mənfəət kondensatının satış qiymətinin əhəmiyyətli artmasının və “Şahdəniz” layihəsi üzrə Azərbaycan qazının artıq Avropaya çatdırılması və Avropanın yüksək spot qiymətlərinin təsiridir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu 2022-ci ilin yanvar ayında “Azəri-Çıraq-Günəşli” (AÇQ) və “Şahdəniz” yataqları üzrə ümumi 833 013 000 ABŞ dollarına yaxın gəlir əldə edib.

Bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 683 114 000 ABŞ dolları həcmində gəlir əldə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə AÇQ üzrə əldə edilən gəlirlərin həcmi 2,8 dəfə artıb.

Həmçinin, “Şahdəniz” qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 149 899 000 ABŞ dolları olub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlir həcmi 42,3 dəfə artıb.

“Şahdəniz” yatağı üzrə kondensatın satışından 22 172 000 ABŞ dolları gəlir əldə edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 dəfə çoxdur.

Xatırladaq ki, Neft Fondu 2020-ci ilin yanvar ayında AÇG yatağından 244 946 000 ABŞ dollar, “Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından isə 3 538 000 ABŞ dolları gəlir əldə edilib.

Paralel.az

0.028011083602905