"Gəlin qaya" əfsanəsi - I bölüm 

 
Paralel.az Allahverdi Kərimoğlunun  "GƏLİN QAYA"-əsərini hissə-hissə təqdim edir.
Olduqca maraqlıdır. Müqəddəmə nəsihətlə başlayır.
"GƏLİN QAYA”-ƏFSANƏSİ. 1-BÖLÜM
Nəsihət
Əs-Səlami-Əleykum ey əhli insan,
Ey dünya əşrəfi Allah yaradan.
Ibadət eyləsən əgər Allaha,
Bil müşkül işlərin qalmaz sabaha.
Ona pənah apar, odu yaradan,
O seçir yaxşını, ağı-qaradan.
Çirkə bulanarsa əqil dəftəri,
Elə bu dünyadı cəhənnəm yeri.
Şeytanı qüvvədən kim alsa dərsin,
Həmin o adamla dostluğu kəsin.
Açıqdı insana haqqın qapısı,
Haqsızı gözləyir Allah cəzası.
Yalvarıb-yaxarma Allaha hədər,
Inam üzdən olsa, bil hədər gedər.
Kim ki, tanımasa halal-haramı,
Siz deyin, ibadət onda olarmı?
Kim olsa naşükür, kim olsa ası,
Yığsa dünya malın dolmaz torbası.
Kimdə iti olsa tamahın gözü,
Acgözdən kim umar səxavət sözü.
Bir şərtlə yetişər Allah səvabı,
Allahın hökmünə olasan tabı.
Bir uşaq qəlbinə toxunsan əgər,
Orucun, namazın batilə gedər.
Yetimə-yesirə verməsən çörək,
Azalıb çörəyin olacaqdı tək.
Tamah dəyirmanın kim salsa işə,
Qayıt, o adamla getmə döyüşə.
Çox yemək zövqünə kim etsə həvəs,
Dostluğun qədrini bilərmi o kəs?
Insafı-mürvəti kim versə əldən,
Kafirlər zövq alar belə mömindən.
Allahın yolunda getmə qəsəmə,
Haqq yolun yaxşı gör, haqqa pis demə.
Heç yerdə axtarma günahkarı sən,
Gərək əvvəl özün haqqa gələsən.
Ataya-anaya hörmət etməsən,
And içmə Allaha adam deyilsən.
Bir ata övlada gətirsə töhmət,
Ata rüsvay olar, oğul xəcalət.
Gələrsə ataya oğul töhməti,
Ummasın heç kimdən yaxşı hörməti.
Diləmək istəsən Allahdan aman,
Əvvəlcə Allahın yolunda dayan.
Küləyin üzünə qəsdən tüpürsən,
Düşərsə üzünə, təqsir özünsən.
Son sözün əvvəlcə deyən o kəslər,
Qanarsa sözündən xəcalət çəkər.
Yalançı sözlərə çox salma meyil,
Aldadıb qaçmaq da kişilik deyil.
Kim ki, haqq yolunda olmasa qəti,
Cəmiyyət içində olmaz hörməti.
2-BÖLÜM. İZLƏ.
Kim deyir özünü sal dağa-daşa,
Allah əqil verib, insan tək yaşa.
Dillərdən düşərsə Allah kəlamı,
Dönüb kafir olar müsəlman hamı.
Allahın yolunda düşmə gümana,
Qaçan da, qovan da güvənər ona.
Dilə köməyini Allaha yalvar,
Bütün bəşəriyyətə o verir qərar.
Çörək çeynənməsə udulmaz asan,
Çalış ki, işində nicat tapasan.
Atalar sözünə əməl edənlər,
Ağlamaz heç zaman, daima gülər.
Yaxşı nəsihətdən çıxart nəticə,
Həqiqət qırılmaz,qalsa da incə.
Dad qonşu əlindən, ola bədnəzər,
Paxılın qanında min şeytan gəzər.
Bil ki, bu dünyadı behiştin bağı,
Biz Adəm-Həvvayıq onun qonağı.
Behiştin bağına girə bilməsən,
Azmısan yolunu haqda deyilsən.
Ətirli gülləri saxlasanda tər,
Müddəti keçəndə ləçəyin tökər.
Allah kəlamını ürəkdə əksən,
Qiyamət günündə tər də biçərsən.
Çalış bu dünyada olma sən naşı,
Pislikdən kənar ol, yaxşılıq daşı.
KƏRİMOĞLU, dəryaya salmısan meyil,
Hələ götürdüyün bir damla deyil.
Çalışıb hər elmə həvəs göstərsən,
Ayeyi «Quranı» üstün görərsən.
Çox keçmiş bir əsrə edirəm səFər,
Ilahi, zəhmətim getməsin hədər.
Həqiqət əFsanə olan zamanı,
Qələmə alıram «Gəlin Qayanı».
Təvəkkül Allaha başladım yazı,
Kimiyə xoş gələ, kimi narazı.
(davamını izləyin)
0.014746904373169