Ermənilər Qarabağda qeyri-qanuni məskunlaşmanı sürətləndirir

Ermənilər Qarabağda qeyri-qanuni məskunlaşmanı sürətləndirir
 

Paralel.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, “Hayastan” ümumerməni fondu Azərbaycanın rus sülhməramlılarının məsuliyyət zonasına aid ərazisində - Qarabağ şəhərlərində yol və yaşayış massivlərinin tikintisinə başladı.

Məlumata görə, tikinti əsasən Xankəndi, Əsgərin və Ağdərə rayonlarının ərazisində aparılır.

Saytda yerləşdirilən məlumata görə, Fondun direktor müavini Ararat Xlqatyan və "Qarabağın şəhərsalma naziri" Aram Sarkisyan tikinti işlərin gedişi ilə yərində tanış olublar.

Qeyd edək ki, adı çəkilən ərazilər Azərbaycan torpaqlarıdır, Azərbaycan dövlətinin icazəsi olmadan orada hər hansı tikintinin aparılması qeyri-qanunidir və bütün beynəlxalq konvensiyalara ziddiyyət təşkil edir.

Ermənilər bu ərazidə məskunlaşmanı genişləndirirlər ki, gələcəkdə Qarabağın statusunun müəyyənləşdirəcək referendum təşkil edə və bu referendumda "səs çoxluğu" qazana bilsinlər. Lakin hazırda Qarabağ ərazisində rəsmən 50 mindən çox iddia edilsə də, cəmi 15-20 min arası erməni yaşayır. Dünyada isə, hətta, bir neçə dəfə bundan çox topluma belə muxtariyyət verilmir. Bununla yanaşı, vaxtı ilə ərazidən qovulmuş 30 mindən çox azərbaycanlı məcburi köçkün də hələ öz dədə-baba yurduna qayıtmayıb. O vaxt məcburi köçkün düşmüş 30 min azərbaycanlı əhalinin sayı artaraq 100 mini ötüb. Erməni əhalisi isə azalmaqda davam edir.
Akif Nəsirli

3.9259791374207