Ramiz Mehdiyev uzun illər "əkdiyi bağın meyvəsini dərir..."

Ramiz Mehdiyev uzun illər
 

 

Ramiz Mehdiyevin Azərbaycanın ən yeni tarixinin saxta səhifələrini tərtib edən, ölkəmizi cinayət aləminə sürükləyən, xalqımızın genefondunu məhv edən, ölkənin bütün sahələrini rüşvət, korrupsiya, seçki saxtakarlığı ilə zəhərləyən azsaylı şəxslərdən biri olduğunu heç kim inkar edə bilməz.
Son 25 ildə Azərbaycanda yanlış kadr siyasətinin həyata keçirilməsinin müəllifi, ölkədə tərtib olunmuş çeşidli intriqaların tərtibatçısı, müxalifətlə iqtidar arasında gizli rabitə yaradanlardan biri kimi, Ramiz Mehdiyev hazırda uzun illər ərzində yetişdirdiyi "zəqqum ağacları"ndan ibarət olan bağın meyvələrinin ləzzətini çəkir. Atalar yaxşı deyib: "Nə tökərsən aşına, o da çıxar qaşığına"!
Ramiz Mehdiyevin yetişdirib həvəslə bəslədiyi, lakin indi naxələf, xəyanətkar və satqın adlandırdığı şəxslər haqlı olaraq hazırda onun özünü hədəfə alıblar.
R. Mehdiyevi "topa tutanlar" çox yaxşı bilirlər ki, o, xarici himayəçilərin tapşırığı ilə Azərbaycan dövlətinə ən çox zərər vuran 5-ci kalona rəhbərlik edib və indinin özündə də rəhbərlik etmək eşqilə AMEA-da fitnə-fasad törədir.
Azərbaycanın müstəqillik tarixini canlı izləyən hər bir normal insan dəqiq bilir ki, xalqımızın düşməndən çəkdiyi zülmün daxili dayaqlarından ən güclüsü Ramiz Mehdiyevdir. Ramiz Mehdiyevi hazırda öz əkdiyi "bağın meyvələri" zəhərləyir. Onun bəd əməllərinin xalqda yaratdığı "qəzəb fırtınası" isə hələ qarşıdadır...

Paralel.az

0.076601982116699