Cəfər Cəfərovu ADPU-ya rektor gətirən Əli Həsənova "xidmət" qüvvədədir

Cəfər Cəfərovu ADPU-ya rektor gətirən Əli Həsənova
 

Prezidentin xəyanətkar sabiq köməkçisi Əli Həsənovla hazırda ADPU-nun rektoru vəzifəsini tutan tarix müəllimi Cəfər Cəfərovun yaxın dostluğu bu gün də davam edir.

Çünki tarix müəllimi Cəfər Cəfərov tarixlə heç bir əlaqəsi olmayan sahələrdə müxtəlif vəzifə pillərilə yuxarı qalxdığına görə, Əli Həsənovla dostluğuna çox borcludur. Yoxsa tarix müəllimi hara, turizm və pedaqogika elmi hara, Cəfər müəllim hara?!..

Nə isə, bu yerdə oxuculara xatırladım ki, söhbət Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovdan gedir. Cəfər Cəfərovu daha yaxşı tanımaq üçün onun keçmişinə nəzər salmağın vacib olduğunu düşünürük.

Hazırkı ADPU rektoru Cəfər Cəfərov 30 il bundan öncə, yəni 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi Bakı Dövlət Universitetində Tarix fakültəsinin dekan müavini olub.
AXC-Müsavat cütülüyü hakimiyyətindən gedəndən, Ümummilli lider H. Əliyev hakimiyyətə qayıdandan sonra Cəfər Cəfərov dostu Əli Həsənovun köməkliyi ilə 1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bir anlığa Əli Həsənov-Cəfər Cəfərov dostluğunun gücünə baxın haaa, tarix müəllimi hara, Gənclər və İdman nazirliyi hara, heç uyğun da gəlmir haa?!..

Yaxın dostlarının dediyinə görə, Əli Həsənov dostu Cəfər Cəfərova YAP-a üzv olmaq barədə təklif edib. Amma Cəfər Cəfərov Əli Həsənova hiyləgərcəsinə bildirib ki, sən YAP-da ol, mən isə AXC-də, dünyanın işlərini bilmək olmaz, olmadı elə, oldu belə…

Beləliklə də, Əli Həsənov vəzifə pillələrini yuxarı dırmaşdıqca, Cəfər Cəfərov da vəzifə pillələrilə irəliləyıb. Bu dəfə Cəfər Cəfərov dostu Əli Həsənovun yaxından köməkliyi və himayəsilə QHT sektoruna baş vurub və milli koordinator kimi iri qrant layihələrinə ayrılan pulları rahat mənimsəyib.

Az sonra dostu Əli Həsənova məxsus Beynəlxalq Mətbuat Mərkəzinin direktoru vəzifəsinə keçib. Heç kimin gözləmədiyi halda, 2014-cü ildə Cəfər Cəfərov Əli Həsınovun dəstəyilə Azərbaycan Turizm İnstitutunun rektoru və 2016-cı illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin olunub.

Əli Həsənovla dost olmağın nə qədər böyük gücə malik olduğunu heç təsəvvür edə bilirsinizmi, sıravi tarix müəllimi hara, Turizm Universitetinin rektoru vəzifəsi hara, heç də sadə iş deyil?!..

Nə başınızı ağrıdım, Cəfər Cəfərov müəllim Azərbaycan Turizm Universitetinin rektoru vəzifəsini əlinə keçirdikdən sonra turizmə aid bütün peşələr üzrə fakültələr açır və bu peşələr üzrə pullu tələbə qəbuluna üstünlük verərək, qısa müddətdə milyonerə çevrilir və ölkənin turizm sahəsinə peşəkar gənc kadrlar hazırlamaq pərdəsi altında bu sahəni məhvə sürükləyir.

Cəfər Cəfərov Turizm Universitetində qazandığı milyonlar hesabına və dostu Əli Həsənovun köməyilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsini ələ keçirir. Cəfər Cəfərov pedaqogika sahəsindən bir şey anlamasa da, dostu Əli Həsənovun hesabına Azərbaycanın bir nömrəli pedaqoqu zirvəsini çox asanlıqla fəth etdi və rektor oldu!

Cəfər Cəfərov ADPU-ya rektor təyin olunan kimi universitetdə olan peşəkar təcrübəli pedoqoqları müxtəlif yollarla işdən uzaqlaşdırıb. Sonra onların yerlərinə özünün, həyat yoldaşının, dostu Əli Həsənovun zövcəsi Sona Vəliyevanın savadsız qohum-əqrəbasını götürüb.

Ardlnca Səttar Möhbalıyevin yaxın qohumu Vaqif Əliyevi “ADPU”da həmkarlar komitəsinə sədr təyin edib. Halbuki həmkarlar komitəsinin sədri vəzifəsi seçkilə seçilməli olduğuna görə, komitənin idarə heyəti tərəfindən seçilməlidir.

Vaqif Əliyev Universitet Həmkarlar Komitəsinin sədri təyin edildikdən sonra universitetdə fəaliyyət göstərən 1500-ə yaxın professor-müəllim heyəti, laborant və texniki işçinin sosial problemləri, müalicə və istirahətləri üçün ayrılan yüz minlərlə üzvlük haqqını mənimsəyib. Universitet müəllimlərinin adına neçə yüz hektar torpaq, bağ sahələri alınaraq satılıb və sədr özünə və yaxınlarına villa tikdirib.

Cəfər Cəfərov Vaqif Əliyevlə birlikdə müəllimlərə müalicə və istirahət edib dincəlmək üçün ayrılan 80 - 100 manatlıq sanatoriya və istirahət evlərinə olan yollayışları, hətta universitetlə heç bir əlaqəsi olmayan adamlara 400-500 manata satıblar.

ADPU rektoru Cəfər Cəfərov həddini o qədər aşıb ki, hətta utanıb-çəkinmədən 2-ci Qarabağ müharibəsində şəhid olmuş əsgərin tələbə bacısından təhsil haqqı tələb edir, onu universitetdən qovmaqla hədələyir. Baxın, rektor Cəfər Cəfərovun, dostu Əli Həsənovun, onun qudası AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin əsl simaları bu cür eybəcərliklərdən ibarətdir.

Dövlətə və Prezidentə xəyanət etdiyinə görə vəzifədən qovulan Əli Həsənov, onun dostu rektor Cəfər Cəfərov və Əlinin qudası, ölkə içində AHİK adlı imperiyanın sahibi Səttar Möhbalıyev kimləri  ADPU-nu özləri kimi çürük şarlatanlar yetişdirən mərkəzə çeviriblər...

Bu üçlüyün pis əməllərinin bariz təmsilçilərindən biri də rektorun hazırkı köməkçisi Riyad Rüstəmlidir. O Riyad ki, ADPU-da Cəfər Cəfərovun  “qayıb”, kəsir”, “imtahan” biznesinin başında dayanır.
Universitetdə "donjuan” ləqəbilə tanınan Riyad Rüstəmli bəzi tələbə qızların qayıbını silməklə, həm də onların "abır-həyasını" tökməklə məşğul olur.
Riyad Rüstəmli hətta bəzi tələbələr vasitəsilə müəllimləri şantaj etməklə də məşğuldur.

Maraqlıdır, Təhsil naziri Emin Əmrullayev ADPU-da Cəfər Cəfərovun yazıda əks olunan bəd əməllərinin qarşısını almaq üçün niyə tədbir görmür?! Yoxsa o da Cəfərin "rüşvət bulağından" su içməyə başlayıb?!..

Röyal

P. S. Yazı media üzərindən aparılan araşdırma əsasında hazırlanıb.

0.02315616607666