Raket hücumu: 3 uşaq həlak olub

Raket hücumu: 3 uşaq həlak olub
 

Yəmənin mərkəzindəki Marib əyalətində raket hücumu nəticəsində 3 uşaq həlak olub.

Paralel.az xəbər verir ki, bu barədə yerli insan haqları təşkilatı məlumat yayıb.

2022-ci il başlayandan bugünədək husilərin yerləşdirdiyi minaların, eləcə də sursatların partlaması nəticəsində 36 dinc sakin həlak olub, 37 nəfər yaralanıb.

Yəməndə silahlı qarşıdurma 2014-cü ildən davam edir. Husilər ölkənin paytaxtı Səna şəhəri və bir sıra digər ərazilərə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək verir.

0.022632837295532