Təyyarədə ilan şoku - Təcili eniş edilib

Təyyarədə ilan şoku - Təcili eniş edilib
 
Malayziyada təyyarə təcili eniş edib. NPR-nin məlumatına görə, Air Asia aviaşirkətinə məxsus təyyarənin salonunda ilanın aşkarlanması məcburi enişə səbəb olub.
Paralel.az  xəbər verir ki, hadisə Kuala Lumpurdan Tavauya uçan təyyarədə baş verib. Baş pilot insidentdən xəbər tutan kimi təyyarə Kuçinq hava limanına istiqamət alıb və dezinfeksiya üçün təcili eniş edib.

"Bu, hər hansı bir uçuşda baş verə biləcək çox nadir hadisədir”, - aviaşirkətin baş təhlükəsizlik zabiti bildirib.Şirkətin əməkdaşları sürünənlərin təyyarəyə necə daxil olduğunu öyrənə bilməyiblər. Sərnişinlərdən heç kim zərər çəkməyib və onlar həmin gün təyinat yerinə çatdırılıblar.
0.010899066925049