Sauli Niiniste Putinin davranışlarını şərh edib : “Görünür, belə qərara gəlib ki..."

Sauli Niiniste Putinin davranışlarını şərh edib : “Görünür, belə qərara gəlib ki...
 
 
Finlandiya prezidenti Sauli Niiniste Almaniyanın “Spiegel” jurnalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putinin beynəlxalq arenadakı davranışlarını şərh edib. O bildirib ki, 2021-ci ilin payızından başlayaraq, Rusiya lideri xarici siyasət məsələlərində daha sərt və qətiyyətli davranır.
Niinistenin fikrincə, ötən ilin payızında Putin dünya siyasətindəki bəzi dəyişiklikləri hiss edib və bundan sonra davranışları dəyişib: “Görünür, belə qərara gəlib ki, yaranan yeni şəraitdən öz məqsədlərinə çatmaq üçün istifadə etmək lazımdır”.
Niiniste deyir ki, əvvəlcə Putinin Ukrayna böhranından Qərbi tələyə salmaq üçün istifadə etdiyini düşünürdü. İndi isə fikrini dəyişib. “Məncə, Minsk razılaşmalarının yerinə yetirilməsi hazırda Putin üçün əsas məqsəddir”,- Finlandiya prezidenti əlavə edib.
Paralel.az
0.013876914978027