“Topçu Vüsal”  qəzaya düşüb

“Topçu Vüsal”  qəzaya düşüb
 
 
Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.
Hadisə Xaçmaz rayonunda baş verib. Belə ki, V.Şahkərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.
O, məlumatı təsdiqləyib:

"Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, salamatçılıqdır".
Paralel.az
0.025179862976074